Geopolitik situasiya yenilənməkdədir
"Azərbaycana dost olan bu dövlətlərdən biri Təhlükəsizlik Şurasının üzvü seçilsin"
"BMT Təhlükəsizlik Şurasında islahatlar çağırışı əvvəllər də olub. Düşünürəm ki, Türkiyə, İsrail, Hindistan, Pakistan, Cənubi Afrika Respublikası kimi dövlətlər güclənib".
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib:
“Biz istərdik ki, Türkiyə, İsrail, yaxud Pakistan, Azərbaycana dost olan bu dövlətlərdən biri Təhlükəsizlik Şurasının üzvü seçilsin. Necə ki, KTMT-də Ermənistandan çox Azərbaycana dost dövlətlər var, eləcə də burada ola bilər. Biz maraqlıyıq ki, bütün platformalarda ölkəmizi müdafiə edən qüvvələr olsun".
Fuad Əliyev vurğulayıb ki, Britaniyanın Vətən müharibəsi başlayanda BMT TŞ-də tutduğu mövqe yaddan çıxmayıb:
"Daimi üzvlər içərisində bu cür ölkələr çox olmalıdır. Rusiya da BMT TŞ-də Azərbaycan əleyhinə prosesə qatılmadı. Yəni şimal qonşumuzu də özümüzə dost etməyi bacarmalıyıq. Bu mənada ölkə Prezidenti İlham Əliyevin dedikləri vacibdir. O, deyib ki, - “Hesab edirəm Təhlükəsizlik Şurasının formatı artıq köhnəlib və bunu tarix göstərir, 80 il bundan əvvəl yaranıb, İkinci Dünya müharibəsindən sonra. Ona görə əlbəttə ki, Təhlükəsizlik Şurasında yeni üzvlər olmalıdır. Kim ola bilər burada güc mərkəzi? Hesab edirəm, Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının bir üzvü...”
Eyni zamanda yeni dünya nizamı formalaşır, BMT nimdaş görünməyə başlayır, onun özünü reanimasiya etməsi lazımdır. Çünki geopolitik situasiya yenilənməkdədir”.
SEVDA
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"