Sahil Babayev DOST mərkəzinin bağlanmasını Prezidentdən NİYƏ GİZLƏDİR?

11:49 25-01-2023 | icon 524 | Siyasət
Sahil Babayev DOST mərkəzinin bağlanmasını Prezidentdən NİYƏ GİZLƏDİR?

"Aksiyalar başlayacaq və kimlərsə bundan öz siyasi ambisiyalarına uyğun istifadə edəcəklər"

 

"Son illər ölkə rəhbərliyi gənc kadrların mühüm vəzifələrə təyin edilməsi ilə bağlı sərəncamlar verir. Bu isə ümumilikdə ölkə siyasətində gənclərə maksimum diqqət və etimad göstəricisi sayılır. Amma bununla paralel, ölkədə nəinki gənclərin, bir çoxlarının işsizlik problemi hələ də qalır".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.
 
 
 
Hakimiyyət nümayəndələrinin kifayət qədər iş yerlərinin açılması ilə bağlı açıqlamalarının sual yaratdığını vurğulayan partiya sədri qeyd edib ki, vətəndaş haradasa işləməyibsə, təcrübəni harada toplamalıdır:
 
 
"Hələ mən başqa şərtləri demirəm. İş tapmaq çox qəliz məsələdir. İşsizlik və işlə təmin olunma ilə bağlı dəfələrlə danışmışam. Bir neçə məsələni mətbuatda işiqlandırmışam. Mətbuat işçilərinə də minnətdaram ki, bu problemləri işiqlandırıblar və nəticə olaraq, məsələlər öz həllini tapıb".
 
 
"Bu günlərdə mənə bir qrup Şamaxı sakini müraciət edib. Mənim üçün bu olduqca maraqlı göründü. Çünki adətən narazı olanlar, şikayətçilər sadə vətəndaşlar olurdu, bu dəfə isə şikayətçilər Şamaxı rayonunun Sosial Müdafiə Nazirliyin keçmiş DOST xidmətinin 105 əməkdaşı idi"- deyən Fuad Əliyev Sahil Babayevə müraciətlə dedi:
 
 
"Dövlət başçısına hesabatlarda ASAN, DOST xidmətlərin yeni mərkəzlərin açılmasını deyirsiz, hətta dövlət başçısı İlham Əliyevi mərkəzlərin açılışına dəvət edirsiz. Çox gözəl. İndi sizə sual verirəm, Şamaxıda DOST mərkəzinin bağlanması ilə bağlı dövlət başçısına məlumat vermisiz? Məlumat vermisiz ki, Şamaxı rayon DOST mərkəzinin artıq keçmiş 105 işçisini noyabr ayından işsiz qoymusuz?!
 
Hörmətli Sahil Babayev, Şamaxı DOST mərkəzinin açılışını dövlət başçısı və bizlərə mətbuatda xəbərlərlə “mazol” etmişdiniz, indi bağlamısız deyə niyə susursuz? Niyə siz belə problemlər yaradırsız? Onsuz da sizin rəhbərlik etdiyiniz nazirlikdən minlərlə şikayatçi var. Bunları bilirsiz? Deməli, bu problemlərin yaradılmasında maraqlısız. Şəhid ailələrin, qazilərin, əlilərin və minlərlə digər şikayətçilərin problemlərini həll etmirsiz, əlavə olaraq keçmiş işçilərinizin də problemləri ilə maraqlanmırsız.
 
Hörmətli Sahil Babayev, bu bir nəfər deyil ki, məlumatınız olmasın. Rəhbərlik etdiyiniz nazirliyin 105 nəfərdən ibarət olan bir Mərkəzin bağlanmasından gedir söhbət. Bu gün bu insanlar 3 aya yaxındır ki, işsiz qalıb. İşsizlik, sosial problemlərlə üzləşən minlərlərlə vətəndaşlara bu 105 nəfəri də qatdınız. Bu 105 nəfərin nümayəndələri dekabrn əvvəli Sosial Müdafiə Nazirliyinin nümayəndəsilə görüşdülər və onlara yeni işlə təmin olunmaları ilə bağlı söz verildi. Artıq bu gün-sabah fevral ayıdır. Nə iş, nə də bu aylar işsiz olduğuna görə müavinat da verilməyib.
 
Hörmətli Sahil Babayev, məndə olan məlumata görə, bu yaxınlarda həmin bu 105 nəfər Sosial Müdafiə Nazirliyi qarşısında aksiyalara başlayacaqlar. Kimlərinsə bu aksiyadan öz siyasi ambisiyalarına uyğun istifadə etməməsi üçün heç olmasa bu məsələni qanunauyğun olaraq həll edin. Əks təqdirdə məsələnin həll olunmamasını insanların hakimiyyətə qarşı qalxması kimi qiymətləndirənlər olacaq".
 
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...