“Bu, Türkiyənin Həm Rusiyaya, həm də Ermənistana verdiyi mesajdır”

23:09 13-07-2023 | icon 616 | Geopolitika
“Bu, Türkiyənin Həm Rusiyaya, həm də Ermənistana verdiyi mesajdır”

 

 

 

 

Rəcəb Tayyib Ərdoğanın Rusiya sülhməramlılarının 2025-ci ildə Qarabağı tərk edəcəyinə dair açıqlaması maraqla izlənir. Türkiyə prezidentinin bunu NATO sammitində - Ukraynada müharibənin başlanmasından sonra Qərb cəbhəsinin Rusiyaya qarşı yekdil mövqeyinin sərgiləndiyi Vilnüsdə elan etməsi xüsusilə diqqət çəkir. Türkiyə Prezidenti Vilnüsdə 10 noyabr sazişindən irəli gələn rus hərbçilərinin qalma müddətini xatırlatmaqla kimə  hansı mesajları vermiş oldu?

 

Bu istiqamətdə versus.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, cənab Ərdoğanın Rusiya sülhməramlılarının 2025-ci ilə qədər ərazilərimizi tərk edəcəyi ilə bağlı çıxışı etməsi birmənalı olaraq mesaj idi. Onun fikrincə, bu mesaj təkcə Rusiyaya deyil, həm də Ermənistana ünvanlanmış mesajdır. Çünki hələ də Rusiya sülhməramlılarına arxayın olan  separatçı rejimin qalıqları NATO ölkəsinin liderinin dilindən belə bir mesajı almış oldular. Bu, “sülhməramlılara arxayın olmayın, onsuz da Azərbaycan və ən yaxın müttəfiqi olan Türkiyə 2025-ci ildən sonra Rusiya sülhməramlılarının mandatının artırılması istiqamətində hər hansı bir müsbət addım atmayacaq”-mesajı idi.   

 

Politoloq hesab edir ki, bu mesaj Rusiyanın “17 iyuldan sonra taxıl sazişinin yenidən uzadılması ilə bağlı yenidən addım atmayacağı” ilə bağlı hədələrinə bir cavabdır. Politoloq eyni zamanda bildirib ki, əgər bu, Rusiya sülhməramlıları tərəfindən Azərbaycan bayrağı ilə ortaya çıxan  insidentdən sonra baş verdisə, indi də davam edir.

 

“Türkiyə konkret şəkildə bəyan edir ki,  Rusiya sülhməramlıları, yaxud da Rusiyanın hakim dairələri tərəfindən  Azərbaycana qarşı atılan hər bir addımda qarşılarında Türkiyəni görəcəklər”.

 

R.Bayramov bu mesajların birbaşa NATO toplantısında verilməsini də olduqca əhəmiyyətli hesab edib. Onun fikrincə, bu, bir NATO dövlətinin Azərbaycana verdiyi dəstək, Azərbaycanın yanında olması, həm də dolayısı ilə NATO-nun da Azərbaycana verəcəyi dəstək kimi qəbul olunmalıdır. 

 

“Cənubi Qafqaz regionundan Rusiyanın sıxışdırılıb çıxarılmasını qarşılarına məqsəd qoyan böyük güclər, təbii olaraq Türkiyənin roluna daha çox bel bağlayırlar.  Azərbaycanla münasibətlərindən istifadə edərək  bu məsələdə Türkiyə vasitəsi ilə  həm Rusiyaya, həm də digər maraqlı tərəflərə mesajlar verirlər. Cənab Ərdoğanın bu açıqlaması və “orada proseslər cənab İlham Əliyev tərəfindən yaxından izlənilir” deməsi, həm də o anlama gəlir ki, Rusiya sülhmərmlılarnın 2025-ci ildən sonra Qarabağı tərk etmsi  Türkiyə Azərbaycan arasında razılaşdırılıb.

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI