Xocalı Soyqrımının 27-ci ildönümü anılıb

16:51 22-02-2019 | icon 945 | Cəmiyyət
Xocalı Soyqrımının 27-ci ildönümü anılıb

Vüqar Qədirov: "Ermənistan hakimiyyəti və dövləti tarix və beynəlxalq qanunlar qarşısında cavab verməlidir"

 

Ağstafa Regional Mədəniyyət İdarəsi Xocalı Soyqrımının 27-ci ildönümü münasibətilə təşkil etdiyi silsilə tədbirlər çərçivəsində Ağstafa rayon Heydər Əliyev Mərkəzində elmi-praktik konfrans keçirilib.

 


Versus.Az xəbər verir ki, tədbir iştirakçıları ilk öncə Heydər Əliyev Mərkəzinin foyesində Xocalı soyqırımı qurbanlarına həsr edilmiş sərgiyə baxış olub.

Konfrans şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsilə açıq elan edilib.
İlk öncə Xocalı soyqırımı qurbanlarına həsr olunmuş film nümayiş olunub.


Tədbiri giriş sözü ilə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov açaraq Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar və işğalçı siyasətindən danışıb. O, Xocalıda baş verənlərin bəşəri cinayət olduğunu, Ermənistan hakimiyyətinin və dövlətinin tarix və beynəlxalq qanunlar qarşısında cavab verməli olduğunu bildirib.

 
Natiq ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin münaqişənin həllinə ədalətlə yanaşmadıqlarını, təcavüzə məruz qalan dövlətlə təcavüzkar dövlətə eyni münasibət göstərildiyini, bununla da Azərbaycana qarşı ikili standartlar tətbiq edildiyini qeyd edib.

 

Azərbaycan Xalqının Ümumilli Lideri Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə qayıtdıqdan sonra Xocalı hadisələrinə hüquqi-siyasi qiymətin verilməsini təmin edildiyini vurğulayan Vüqar Qədirov Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu prinsipial və vətənpərvər mövqeyi nəticəsində Ermənistanın bütün beynəlxalq layihələrdən kənarda qaldığını, 2016-cı ilin 2-5 aprel savaşlarından sonra isə Ermənistanda hakimiyyət böhranı yarandığını, kriminal-xunta rejiminin hakimiyyətdən uzaqlaşdırıldığını qeyd edib.

Vüqar Qədirov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Xanım Əliyevanın başlatdığı “Xocalıya ədalət” beynəlxalq kompaniyası çərçivəsində bir çox xarici dövlətlərin, beynəlxalq təşkilatların və s. Xocalıda baş verənləri soyqrım kimi tanıdıqlarını vurğulayıb.

 


Tədbirdə çıxış edən Ağstafa Regional Mədəniyyət İdarəsinin rəis müavini Gülgün Kərimov, əməkdar müəllim, tarixçi İndira Vəliyeva, Ağstafa rayon Uşaq Musiqi məktəbinin direktoru Arif Əliyev, Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova, Ağstafa MKS-nin əməkdaşı Günay Qədiməliyeva, Azərbaycan Dillər Universitetinin məzunu, gənc fəal Günay Məmmədli və digərləri Xocalıda körpələrə, qocalara, qadınlara divan tutulduğundan, amansız və ağılasığmaz işgəncələr verildiyindən, misli görünməyən təcavüz həyata keçirildiyindən danışıblar. Beynəlxalq təşkilatların bu məsələdə passiv mövqe nümayiş etdirdiklərini, BMT-nin qəbul etdiyi 4 Qətnamənin kağız üzərində qaldığını, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi və ya birtərəfli fəaliyyəti nəticəsində işğalın və təcavüzün Ermənistan tərəfindən hələ də davam etdirildiyini, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinə göz yumulduğu qeyd edilib.

 


Konfrans iştirakçıları Prezident İlham Əliyevin ətrafında sıx birləşərək işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad olunması naminə həmrəyliyin, birliyin vacib olduğunu bildiriblər.

 

Yelmar Nəbiyev
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...