Xocalı soyqırımının 27-ci ildönümü Kiyevdə
Azərbaycanın Ukraynadakı Səfirliyinin təşəbbüsü ilə Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Taras Şevçenko adına Kiyev Milli Universitetinin (KMU) Beynəlxalq Münasibətlər İnstitutunda “Silahlı münaqişələrdə dinc əhalinin müdafiəsi” mövzusunda elmi konfrans keçirilib.
Versus.Az xəbər verir ki, elmi konfransda xarici ölkələrin Ukraynadakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri, ictimai-siyasi xadimlər, KİV nümayəndələri iştirak ediblər.
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Xocalı soyqırımı haqqında məlumat verərək Ermənistanın bölgədə apardığı təcavüzkar siyasətin nəticəsi olaraq 30 ilə yaxındır ki, Cənubi Qafqazda silahlı münaqişə və qanlı toqquşmaların davam etdiyini bildirib. Beynəlxalq təşkilatların, o cümlədən BMT və ATƏT-in bütün səylərinə baxmayaraq, hələ də Ermənistan işğal etdiyi torpaqlardan geri çəkilmək istəmir. Ona görə də bölgədə hər an yeni silahlı toqquşmalar və qanlı müharibələr başlaya bilər ki, bu da yeni-yeni insan fəlakətlərinə səbəb olar.
Ermənistan silahlı birləşmələri və separatçı qüvvələrin törtədiyi cinayətlər barədə danışan Azərbaycan Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev çıxışında vurğulayıb ki, bu regionda ermənilərin sayının süni artırılması XX yüzilliyin əvvəlində erməni ifrat millətçiləri tərəfindən azərbaycanlıların talanlarına çevrilib. Bu dövrdə erməni şovinistləri “Daşnaksütyun” partiyasının proqramında irəli sürülmüş “böyük Ermənistan” ideyasını rəhbər tutaraq, azərbaycanlıların öz əzəli torpaqlarından qovulmasına yönələn etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başlayıblar.
Sonra tədbirdə çıxış edən Taras Şevçenko adına Kiyev Milli Universitetinin (KMU) Beynəlxalq Münasibətlər İnstitutun direktoru Valeri Kopeyka, Ukrayna hərbi prokurorluğun nümayəndəsi Anton Ruban, Xocalı hadisələrinin canlı şahidi, pilot Leonid Kravets və institutun professor, müəllim heyəti insanlığa və bəşəriyyətə qarşı cinayətlərin törədilməməsi üçün dünya birliyinin daha effektli fəaliyyətinin vacibliyini vurğulayıblar.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"