Uzunömürlülərin sənəddə göstərilən doğum tarixi çox zaman öz təsdiqini tapmır

14:22 30-03-2019 | icon 482 | Cəmiyyət
Uzunömürlülərin sənəddə göstərilən doğum tarixi çox zaman öz təsdiqini tapmır

 

İndiyə qədər Azərbaycanın müxtəlif ərazilərində yaşayan 500-dən çox uzunömürlünün yaşı verifikasiya (yaşın dəqiqləşdirilməsi) olunub.

Versus.Az trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova deyib.

Onun sözlərinə görə, çox zaman uzunömürlülərin şəxsiyyət vəsiqəsində göstərilən doğum tarixi öz təsdiqini tapmır.

U.Həşimova qeyd edib ki, 1925-ci ilə qədər doğulan uzunömürlülərin təxminən 70 faizinin əsl yaşı ilə sənəd yaşı üst-üstə düşmür:

 

"XX əsrin ilk 10-20 illiyində doğulanların qeydiyyatı təqribi aparılıb. Elə ucqar kəndlər olub ki, orada sovet hakimiyyəti yeni qurulduqda qızların boy-buxununa baxaraq şəxsiyyət vəsiqəsi verib və doğum tarixini qeyd ediblər. Bununla yanaşı, ərə verilən azyaşlı qızların yaşı sənədlərdə 5-6 yaş artırılıb. Bir çox hallarda rayon mərkəzindən uzaq olan kəndlərdə valideynlər yeni sənəd almamaq üçün ölmüş uşaqların sənədlərini sonradan doğulan uşaq üçün istifadə ediblər. Belə faktlar var. Məsələn, Lənkəran rayonunda sənədində doğum tarixi 1890-cı il qeyd olunmuş uzunömürlünün yaşı verifikasiya olunanda aşkar olunmuşdu ki, əslində onun doğum sənədi ailənin ilk uşağınınkı imiş, dünyasını dəyişən həmin uşağın adı və sənədi bu qadına verilib. Verifikasiya zamanı həmin qadının özünün əsl yaşının 88 olduğu məlum olub. 2000-ci illərin əvvəllərində Qəbələnin Vəndam kəndində 1870-ci il təvəllüdlü, 130 yaşı olduğu deyilən bir qadının yaşını verifikasiya edəndə onun əsl yaşının 92 olduğu məlum olub".

İnstitut direktoru vurğulayıb ki, 1925-ci ildən sonra müəyyən rəsmi dövlət qeydiyyat idarələri fəaliyyətə başladığından o zaman doğulan uşaqların yaşı daha düzgün yazılıb:

"Amma Azərbaycan Xalq Cumhuriyyəti dövründə də bəzi Bakı kəndlərində işlək dövlət qurumları olduğundan orada doğulan uzunömürlülərin yaşını verifikasiya etmək çox rahat olub. Onlara verilmiş doğum şəhadətnaməsində yazılan tarixlə verifikasiya edilmiş yaş üst-üstə düşür".

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...