Ağasəf Məmmədoğlu ermənilərin riyakar abidəsindən yazdı

02:37 31-03-2019 | icon 502 | Gündəm
Ağasəf Məmmədoğlu ermənilərin riyakar abidəsindən yazdı

Ermənilərin “Soyqırım abidəsi” – milli ədavət və bəşəriyyətə nifrət abidəsidir

 

 

XVIII-XIX əsrlərdə Rusiya-İran və Rusiya-Türkiyə muharibələrində Rusiyanın qələbə çalaraq Qafqazı və Cənubi Qafqazdakı əraziləri işğal etməsi tarixi bir faktdır və ruslar tərəfindən bu ərazilərdə ermənilərin yerləşdirilməsi də danılmaz həqiqətdir. Lakin bir acı həqiqət də vardır ki, Osmanlı imperiyasında yaşayan və hər cür imtiyazlara malik olan ermənilər Rusiya dövlətinin işğalçılıq siyasətində vasitəyə çevrilərək, satqınlıq və xəyanət əməlləri ilə türklərə qarşı düşmənçiliyə başlamışlar. Çox təəssüflər olsun ki, bu düşmənçilik münasibətləri indi də davam etdirilir və daha da qızışdırılır. Bir daha təəssüflər olsun ki, imperialist qüvvələrin təhriki ilə “Böyük Ermənistan” yaratmaq xülyasına düşmüş ermənilər, XXI əsrdə də zamanın və beynəlxalq münasıbətlərin dəyişildiyini görmürlər və öz xülyalarından əl çəkmək istəmirlər. XXI əsrin astanasında Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi və indiyədək işğal altında saxlanılması və beynəlxalq səviyyəli qərarlara məhəl qoyulmaması da bunun bariz təzahürüdür. Elə bu səbəblərdən bəzi amillərə toxunmaq və öz mülahizələrimi bildirmək istərdim.

 

1915-ci ildə İstanbulda Osmanlı İmperiyasına xəyanət edən 200 erməni həbs edilib və dövlətə qarşı təxribatda və cinayətdə təqsirli bilinərək cəzalandırılıb. 1917-ci ildə Osmanlı ərazisində dövlət qurmaq istəyən ermənilər bu rəqəmi şişirdərək 200 min erməninin qətlə yetirilməsi kimi təbliğ etməyə başlayıblar və illər keçdikcə digər ölüm hadisələrini də əlavə etməklə bu rəqəmləri daha da şişirdərək 1 milyon, sonradan 1,5 milyon, indi isə 2 milyon erməninin qırılması (soyqırımı) kimi təbliğ edirlər.  Rəqəmlərin ildən-ilə belə dəyişdirilməsi və şişirdilərək böyüdülməsi, məsələnin özünün kökündən yalan olmasına bir sübutdur. Lakin bu yalan o qədər üfürülüb şişirdilib və illərlə təkrar-təkrar təbliğ edilib ki, həm yeni doğulan ermənilər, həm də dünya ictimaiyyəti (xüsusən Avropa xalqları) bu yalana inanmağa başlayıblar. Halbu ki, o dövrdə Qafqazda və Anadoluda 2.5 milyondan çox müsəlman-türk əhalisi ermənilər tərəfindən qəddarcasına qətlə yetirilib ki, bu ərazilər boşaldılsın və bu yerlərdə ermənilər üçün “Böyük Ermənistan” dövləti yaratmaq imkanı qazanılsın. Bu həqiqəti görmək istəməyənlərin himayədarlığı sayəsində, tarixi həqiqətlərə, humanizm ideologiyasına və o zamankı Sovet “qardaşlığına” zidd olaraq, Yerevanda “Genosid” abidəsi ucaldılıb. Əslində isə bu abidə bəşəriyyətə nifrət və milli ədavətə çağırış abidəsidir. Çünki bu abidə önündə aparılan təbliğat, milli və dini ayrıseçkilik, düşmənçilik və riyakarlıq təbliğindən başqa bir şey deyildir.

 

Nə üçün? Çünki bu abidə önünə gələn bütün erməni uşaqlarına və gənclərinə türklərin qatı düşmən olduqları aşılanır və kilsə tərəfindən onlara ölüm hökmü verildiyi bəyan edilir. Təəccüb doğuran fakt budur ki, Sovet dönəmində Ermənistan ərazisində yerləşən hərbi hissələrin bütün əsgər və zabitlərini də bu abidənin “ziyarətinə” aparırdılar. Mən də Leninakanda və  Kirovakanda hərbi xidmətdə olarkən iki dəfə bu abidənin “ziyarətinə” aparılmışam: Leninakandan – sıravi əskər kimi, Kirovakandan - zabit kimi. Birinci dəfə rusca, ikinci dəfə ermənicə verilən izahatlara qulaq asmışam. O zaman rusca verilən izahatlarda yalnız ruslar təriflənir və “böyük qardaş” timsalında alqışlanırdı. Lakin bütün digər xalqlar barədə söyüş və təhqirlər bildirilirdi ki, guya ingilislər və fransızlar qorxaq və yalançı, amerikanlar isə riyakardırlar. Təbliğat aparan bələdçinin əsaslandırması isə belə idi ki, “...ingilislər və fransızlar ermənilərə vəd ediblər ki, Osmanlı ərazisində onlar üçün dövlət quracaqlar, lakin, türklərin gücünü gördükdə qorxub qaçıblar və ermənilər vəhşi türklərlə təkbətək qalıb qırğına məruz qalıblar. Amerikanlar isə nəinki dövlət yaratmaqda onlara yardımçı olmayıblar, hətta riyakarlıq edərək ermənilərə vəd etdikləri maliyyə yardımını belə verməyiblər...” Bələdçinin yekun sözü isə bu olurdu ki, belə qorxaq və yalançı xalqlardan bizə dost ola bilməz!

 

Bəs nə üçün riyakaqlıq? Çünki rusca və ermənicə aparılan təbliğatın özündə də ikiüzlülük var idi. Belə ki, rus dilində ruslar təriflənir, erməni dilində isə onlar da ingilislər, fransızlar və amerikanlar kimi lənətlənirdilər. Ermənicə mətni deyən bələdçilər bildirirdilər ki, “...ruslar ermənilər üçün dövlət yaratsalar da, bu dövlətin ərazisi çox kiçikdir və türklərdən qorxan ruslar Türkiyədə qalan erməni torpaqlarını alıb bizə vermirlər və bu səbəbdən də lənətə layiqdirlər...” və sair və bu kimi ifadələr.

 

Sovet dövründə - inzibati-amirlik idarəçilik üslubunun hökm sürdüyü bir şəraitdə - bu cür riyakar təbliğat aparan ermənilər bugünki “müstəqil” Ermənistanda hansı təbliğatı aparırlar?!

 

Bu suala cavab vermək çox asandır. Çünki çirkin və mənfur niyyət - “Böyük Ermənistan” yaratmaq ideologiyası dövlət ideologiyasına çevrilmiş və bu məqsədə çatmaq üçün törətdikləri saysız-hesabsız terror və cinayət əməlləri bu günədək cəzasız qalmışdır. Məhz bu səbəbdən yalana qoyulmuş abidə və riyakar təbliğat erməni təfəkkürünə uyğun olaraq düşmənçilik istiqamətində genişləndirilmişdir. Mahiyyətcə heç nə dəyişməmişdir. “Genosid” abidəsi önündə “türkə ölüm” andı içən, bütün sivil xalqların “düşmən”, “yalançı”, “riyakar” olduğuna inandırılan hər bir erməni heç bir xalqa və dövlətə dost ola bilməz və onlara rəğbət bəsləyə bilməz! Çünki “Genosid” abidəsi önündə onlara əsl riyakarlıq da öyrədilir. Bu səbəbdən də hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir erməninin həmin dövlətin xalqına qarşı ədavətsiz olması və istənilən vaxt hər cür vəhşi terrora əl ata bilməsi mümkündür və gözləniləndir. Əslində, yalana qoyulmuş bu “abidə” millətlərarası düşmənçilik və terroru təbliğ ocağına çevrilmişdir.

 

Yuxarıda toxunduğum faktlar və səbəblər ermənilərin daha çirkin və daha qəddar addımlar atmaları üçün zəmindir. Bu səbəbdən də hesab edirəm ki, ermənilərin milli ədavət, bəşəriyyətə nifrət və terror təbliğ edən “Genosid” abidəsi ləğv edilməlidir! Əslində, bu “abidə” Birləşmiş Millətlər Təşkilatının “İnsan hüquqları” Bəyannaməsinə zidd olaraq yaradılmış və mahiyyətcə bu bəyannamənin müddəalarını ayaq altına atmaqdır.

 

Hesab edirəm ki, beynəlxalq səviyyədə nüfuzlu bir komissiya yaratmaqla araşdırmalar aparılmalı, tarixi həqiqətlər faktlarla aşkar edilməli, ermənilərin “genosid” uydurmalarının yalan və iftira dolu  təbliğatına qadağa qoyulmalı, bu təbliğatı aparan hər bir kəs və ya təşkilat məhkəmə yolu ilə cəzalandırılmalıdır.

 

Hələ ki, belə bir tədbir görülməyib, ilkin olaraq Türkiyə və Azərbaycan dövlətləri tərəfindən bu məsələ parlament səviyyəsində müzakirə olunaraq qərar qəbul edilməli və ermənilərin “Genosid” abidəsini ziyarət edən heç bir kəs (istər dövlət məmuru, istərsə də adi bir vətəndaş) bu dövlətlərin ərazilərinə buraxılmamalıdır. İkincisi, ermənilərin bu qondarma “genosid” uydurmasını təbliğ edən və ya onu dəstəkləyən hər bir kəs məhkəməyə verilməli və yalanı təbliğ etdiyinə görə cəzalandırılmalıdır. Üçüncüsü isə, Türkiyənin Ermənistanla sərhədlərini açmaq məsələsi, təkcə Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsilə yox, həm də, antitürk və antibəşəri təbliğata son qoyulması və bu təbliğatın ocağına çevrilmiş “Genosid” abidəsinin ləğv edilməsilə şərtləndirilməlidir.

 

Son olaraq onu da bildirmək istəyirəm ki, nə qədər ki, Ermənistan hökuməti beynəlxalq səviyyədə qəbul olunmuş “İnsan haqları” və “Mövcud dövlət sərhədlərinin dəyişilməzliyi” prinsiplərini kobudcasına pozur, nə qədər ki, özünün bədnam xülyasından əl çəkməyərək antibəşəri, milli və dini ayrıseçkilik ideyalarını təbliğ edir və terrorçuluğu dəstəkləyir, dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən ona qarşı heç bir güzəşt və ya dəstək olmamalıdır. Bu baxımdan da dünya xalqları ermənilərin öz vəhşiliklərini gizlətmək üçün “lax yumurta” kimi yalnız pis qoxu verən “erməni soyqırımı” yalanını nə qədər tez dərk etsələr, bütün xalqlar, həmçinin erməni xalqı üçün bir o qədər xeyirli olar.

 

PS. Dünya xalqları bilməlidir ki,“erməni soyqırımı” ifadəsi fakt deyildir və o, yalan üzərində qurulmuş çirkin bir millətçilik ideologiyasıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...