"Uşaqpulu ilə bağlı qanunvericilik hazırlanır"


"Sığorta ilə bağlı Milli Məclisin komitələrində yeni qanun layihələri hazırlanmalıdır. Bu sahədəki problemlər həllini tapmalıdır və Prezident də keçirilən müşavirədə tapşırıq verdi".
Versus.Az-ın məlumatına görə, bunu Milli Məclisin plenar iclasında millət vəkili, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov söyləyib.
S.Novruzov deyib ki, yanvar ayından müxtəlif sahələrlə bağlı addımlar atılır, sosial problemlər həllini tapır:
"Müxtəlif qüvvələr bu islahatları öz adlarına çıxır. Burada məqsəd hakimiyyəti bu islahatlardan çəkindirmək, ya da bu islahatları öz adına çıxarmaqdır. Adi bir zəlzələ zamanı insanların dərdinə şərik çıxmaq əvəzinə deyirlər ki, fian vaxt mitinq edəcəyik. Bir məqamı da qeyd edim. Hazırda uşaqpulu ilə bağlı qanunvericilik hazırlanır, deyirlər ki, gəlin mitinq edək, sizə uşaq pulu verdirəcəyik. Əli Kərimli ilə Sevinc Osmanqızı iki bülbül kimi səs-səsə verib islahatları fərqli formada çatdırmaq istəyirlər".
Millət vəkili bildirib ki, Prezident xalqın maraqlarını həyata keçirir:
"Atılan addımların heç biri xarici qüvvələrin təsiri ilə həyata keçirilmir. Sapı özündən olan baltaları başa düşürük. Azərbaycan dövləti Azərbaycan xalqının yanındadır. Deyirlər ki, niyə Prezident yanğında zərər çəkən insanlarla görüş keçirməyib. Prezidentin rayonda nümayəndəsi var, ilk gündə xalqla görüşdü. Əli Kərimlinin evini su basmışdı, özü getmədi, Prezident getdi, 5 min ev tikdirdi. Zaqataladakı evdə mindən çox ev tikildi. Şamaxıda, Ağsuda da evlər tikilməyə başlanıb. Onların məsələlərə bu cür yanaşması onların erməni xislətindən irəli gələn məsələdir. Biz bu islahatları, atılan addımları cəmiyyətə düzgün çatdırmalıyıq".
Versus.Az

Xəbər lenti

BSU-da Xalq yazıçısı Anarla görüş keçirilib
BSU tərəfindən Anar haqqında hazırlanmış sənədli film nümayiş etdirilib
Növbədənkənar seçkiləri labüd edən məqamlar
"YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik"
Milli Məclisin adı dəyişdiriləcəkmi?
"Mənim ixtiyarım öz əlimdə deyil"
Abşeron sakinləri ağacəkmə kampaniyasında fəal iştirak edirlər
650 min ağacın əkilməsi şairin doğulduğu şəhərdən başlanıb
"YAP Azərbaycan parlamentində öz çoxluğunu qoruyub saxlaya biləcək"
"Parlament seçkilərinin keçirilməsi ölkədə aparılan uğurlu siyasətə xalq dəstəyinin bariz nümunəsi olacaq"
Əhalinin təbii artımı azalır
Özbəkistanlı qonaqların Lənkərana səfəri başlayıb
"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"
“Həyəcan” düyməsi
ATƏT-in Minsk Qrupu ölkələrinin xarici işlər nazirləri birgə bəyanat yayıb
Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib
"Mənim münaqişələri birdəfəlik həll etməklə bağlı sehrli formulum yoxdur"
İrəli
