ALDP: Qarabağda anti terror əməliyyatına başlanmalıdır - BƏYANAT
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda ictimai-siyasi vəziyyət, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü və Ermənistan Müdafiə naziri David Tonoyanın Azərbaycanı müharibə ilə hədələyən bəyanatı məsələləri müzakirə olunub.
Versus.Az xəbər verir ki, tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Erməni faşıstləri Azərbaycan türklərinə qarşı soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi sürətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.”
Daha sonra bəyanat qəbul olunub. Bəyanatda deyilir:
Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) Ermənistan Müdafiə naziri David Tonoyanın son müharibə bəyanatı ilə bağlı, Azərbaycan hakimiyyətinə öz kəskin etirazını bildirir. Azərbaycan hakimiyyətinin apardığı “sülh danışıqları” və son 3-4 ildə “Azərbaycan-Ermənistan sülh platforması” çərçivəsində ermənilərin Azərbaycana gətirməsi Tonoyanın müharibə hədəsi ilə nəticələndi. 29 mart 2019-cu ildə ATƏT-in vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avstriyanın paytaxtı Vyanada keçirilən görüşün uğursuz, 25 ildən artıq gedən “sülh danışıqların” mənasız olduğu bir daha sübut olundu.
ALDP hesab edir ki, Azərbaycan ATƏT çərçivəsində danışıqlarda iştirakını dayandırdığını elan etməlidir. Azərbaycan BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul olunmuş 30 aprel tarixli 822, 29 iyul tarixli 853, 14 oktyabr tarixli 874 və 12 noyabr tarixli 884 saylı Qətnamələri əsas tutaraq dövlətin ərazi bütövlüyü və suverenitetinin bərpası, işğal olunmuş torpaqların azad olunması üçün anti-terror əməliyyəta başlamalıdır.
ALDP olaraq anti-terror əməliyyətlərin başlıyacağı təqdirdə Azərbaycan dövlətinə dəstək verəcəyəmizi bildiririk.
SEVDA
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"