Sabah ziyarətçilər bu parka giriş haqqından azad ediləcəklər
Aprelin 1-də "dağ göllərinin diyarı" olan Göygöl Milli Parkının yaradılması ilə bağlı "Açıq qapı" günü keçiriləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Versus.az-a verilən məlumata görə, həmin gün ziyarətçilər Göygöl Milli Parkına giriş haqqından azad ediləcək.
Nazirlik milli parkın dünyaca məşhur olan füsunkar təbiətindən zövq almaq istəyənləri bura dəvət edir.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"