Qənirə Paşayeva İsparta Universitetinin rəsmiləri ilə görüşüb

18:38 01-04-2019 | icon 501 | Cəmiyyət
Qənirə Paşayeva İsparta Universitetinin rəsmiləri ilə görüşüb

Millət vəkili Qənirə Paşayevanın İsparta Süleyman Dəmirəl  Universitetinin rəsmiləri ilə görüş olub.

 

Versus.Az-ın məlumatına görə, görüş zamanı Azərbaycan, Azərbaycan-Türkiyə münasibətləri, Qarabağ həqiqətləri ilə bağlı universitetdə tədbirlərin daha da artmasının vacibliyi və universitetdə təhsil alan  tələbələrlə bağlı müzakirələr olub. Görüşdə iki qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluq ifadə olunub.

 

Millət vəkili, Dr.Qənirə Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib. O, universitet rəsmilərinə və alimlərə Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib, bu istiqamətdə fikir mübadiləsi aparılıb və bu mövzularla bağlı millət vəkili Universitet gəncləri və universitetdə çalışan müəllimlər ilə geniş müzakirələr aparıb və rektorla görüşündə gənclərlə bu mövzular ətrafında daha çox görüşlərə, konfranslara ehtiyac olduğunu deyib.

 

Qənirə Paşayeva İsparta Süleyman Dəmirəl  Universitetinin rəsmilərinə Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, kitablar, filmlər, həmçinin özünün həmmüəllifi olduğu kitablar hədiyyə edib.

 

Millət vəkili həmçinin İspartada yaşayan və təhsil alan bir sıra azərbaycanlılarla da görüşüb, fikir mübadiləsi olub. O, Azərbaycanın bu vilayətdə təbliği və Qarabağ həqiqətlərinin burada daha geniş yayılmasında onların üzərinə böyük vəzifələr düşdüyünü xüsusi vurğulayıb.

Q.Paşayeva həmçinin İsparta aydınları, QHT və KİV rəhbərləri, qadın və gənclər təşkilatları ilə də görüşüb və Qarabağ həqiqətlərinin daha geniş yayılması ətrafında müzakirələr olub.

 

A.Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...