"Bu videonu çəkən və yayan adam layiq olduğu cəzanı almalıdır"

19:07 01-04-2019 | icon 620 | Gündəm
"Bu videonu çəkən və yayan adam layiq olduğu cəzanı almalıdır"

"Lüt qızların bütün sosial şəbəkələrdə yayılmış videosunu və məlumatları böyük üzüntü və ağrı içində izlədim".

 

Versus.Az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva sosial şəbəkədə yayılan və müzakirəyə çıxarılan qızların görüntüləri ilə bağlı açıqlamasında bildirib.

 

Millət vəkili özünün "Facebook" səhifəsində yazır:

"Böyük üzüntü və ağrı içində izlədim, oxudum... Bunu çəkən və yayan adam layiq olduğu cəzanı almalıdır. Hüquq-mühafizə orqanları ciddi araşdırma aparır. İnanırıq ki, cəmiyyəti narahat edən bu məsələ ilə bağlı ciddi tədbirlər görüləcək.

 

Bu videonu çəkən və yayanlar həm də ictimai qınaq cəzasını ciddi almalıdırlar. Bu videonu çəkənlər, yayanlar bizim millətin övladı ola bilməz deyirəm öz içimdə. Vətən üçün canını verən oğulların ruhu inciyir belələrinin varlığından. Gənc qızlara isə çağırış edərək öz həyatınızla bağlı diqqətli olun demək istəyirəm. Doğru yaşamağa çalışın, gənc yaşda özünüzü bu cür uçuruma atmayın.

Ailələrə isə böyüyən övladlarımıza daha ciddi diqqət və nəzarət etməliyik çağırışını səsləndirmək isteyirəm. Cəmiyyətimizə, hamımıza isə bu məsələlərlə bağlı daha dərindən düşünməyi tövsiyə edirəm..."

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...