“Qurani-Kərimin digər dillərə tərcüməsi” - SEMİNAR
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 29 mart 2019-cu il tarixdə Ukrayna “Ostrojskaya Akademiya” Milli Universitetinin İslam Araşdırmaları Mərkəzinin direktoru, “Qurani-Kərim”in Ukrayna dilinə tərcüməçisi, tarix üzrə fəlsəfə doktoru Mixail Yakuboviçin təqdimatında “Qurani-Kərimin digər dillərə tərcüməsi” mövzusunda seminar təşkil olunub.
İnstitutdan Versus.Az-a verilən məlumata görə, Aİİ rəhbərliyi, müəllim və tələbə heyətinin iştirak etdiyi seminarı İnstitutun Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov idarə edib. A.Şirinov tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi istiqamətində müxtəlif mövzularda təşkil olunan seminarlar, “dəyirmi masa”lar, təlimlər haqqında məlumat verib. Mövzunun aktuallığına toxunan A.Şirinov qeyd edib ki, tələbələrin ixtisaslarına uyğun peşə vərdişlərinə yiyələnmələri üçün belə tədbirlərin keçirilməsi əhəmiyyətlidir.
Ukrayna “Ostrojskaya Akademiya” Milli Universitetinin İslam Araşdırmaları Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru, “Qurani-Kərim”i ilk dəfə Ukrayna dilinə tam tərcümə etmiş Mixail Yakuboviç “Qurani-Kərimin digər dillərə tərcüməsi” mövzusunda geniş məruzə edib.
M.Yakuboviç qeyd edib ki, “Qurani-Kərim” ərəb dilində nazil olduğu üçün digər millətlər İslam dinini qəbul etdikdən sonra, Müqəddəs Kitabı və başqa dini ədəbiyyatı öz ana dillərində oxumağa ehtiyac hiss ediblər.
M.Yakuboviç kitabın əsl mənasını qoruyaraq, “Qurani-Kərim”i Ukrayna oxucusunun başa düşəcəyi dildə tərcümə etməyə çalışdığını bildirib.
Daha sonra M.Yakuboviç “Qurani-Kərim” tərcümələrini müqayisəli şəkildə təhlil edib.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.
Gözəl Nəcəfli
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"