Qənirə Paşayeva televiziyalara, məktəblərə, cəmiyyətə çağırış edib
Millət vəkili Qənirə Paşayeva qəhrəman şəhidimiz Əbdülməcid Axundov haqqında çəkilmiş “Mən səninləyəm, Ana Vətən” adlı bədii-sənədli filmin təqdimatında çıxış edib, televiziyalara, məktəblərə, hərbi hissələrə, iş adamlarına, təşkilatlara çağırış edib.
Versus.Az-ın məlumatına görə, millət vəkili Qənirə Paşayeva çıxışında Aprel zəfərinin ölkəmiz üçün böyük önəmindən, düşmənə böyük zərbə olmasından danışaraq belə qəhrəman oğulları böyüdən sizin kimi ata-anaların qarşısında baş əyirik deyib.
Q.Paşayeva vurğulamışdır ki, Əbdülməcid Axundovun ömür yolu bugünkü gənclərə əsl örnəkdir. Nə qədər ki, Azərbaycan xalqı var, belə oğulların əziz xatirəsi heç vaxt unudulmayacaqdır. Millət vəkili televiziyalara çağırış edərək qəhrəman şəhidlərimiz haqqında hazırlanan bu cür filmlərin televiziyalarda tez-tez nümayişinə çağırıb. Torpaqlarımızın 20 faizi hələ də düşmən işğalı altındadır və gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi üçün Əbdülməcid Axundov kimi qəhrəmanların həyat yolundan gənclərimiz örnək almalıdır, böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün ziyalılarımız, müəllimlərmiz, hər birimiz fəal olmalıyıq deyib, qəhrəman şəhidlərimiz haqqında çəkilən bu cür filmlərin orta məktəblərdə uşaqlarımıza, böyüyən gəncliyimizə nümayiş olunmasının vacibliyini qeyd edib. Şəhidimizlə bərabər onun ailəsi qarşısında da baş əyirik deyən Q.Paşayeva dövlətimiz və xalqımız hər zaman yanınızdadır deyib.
Ali Baş Komandanımız, cənab Prezident İ.Əliyevin Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran Q.Paşayeva böyüyən gənclərimizin qəhrəman şəhidlərimizi daha yaxından tanıması və örnək alması üçün işlərin daha da artacağına inandığını deyib. Millət vəkili çıxışında bildirib ki, biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər.
Qənirə Paşayeva “o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq,”- deyərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Aprel şəhidlərimizin ailələri ilə görüşündə ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi deyən millət vəkili hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz deyib.
Qənirə Paşayeva qəhrəman şəhidlərimizin qarşısında baş əyirəm deyərək gəncləri Əbdülməcid Axundov kimi qəhrəmanlardan Vətən sevgisi örnəyini almağa çağırıb və tədbir təşkilatçılarına öz təşəkkürünü bildirib. Millət vəkili bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz deyərək ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə də geniş fikirlərini söyləyib.
Tədbir çərçivəsində millət vəkili Q.Paşayeva aprel şəhidlərinin ailələri ilə görüşüb, hər zaman yanınızdayıq deyib.
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"