Ədliyyə orqanlarında işləmək istəyənlərin nəzərinə
Ədliyyə orqanlarında mövcud vakant ştat vahidlərinin komplektləşdirilməsi üçün peşəkar kadrlara olan ehtiyacı nəzərə alaraq qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edilmiş və əksəriyyəti gənclər olan 350-yə yaxın hüquqşünas qeydiyyatdan keçib.
Versus.Az xəbər verir ki, Ədliyyə Nazirliyindən verilən məlumata görə, vətəndaşların müraciətlərini nəzərə alaraq və müsabiqədə iştirak etmək arzusunda olan gənclərə geniş imkan yaradılması məqsədilə ərizələrin qəbulu 15 aprel 2019-cu il tarixədək davam edəcək.
Müsabiqə üzrə test imtahanında iştirak üçün müraciətlərin qəbulu “Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması” adlı elektron xidmət vasitəsilə həyata keçirilir. Ərizələr poçt vasitəsilə də göndərilə bilər.
İmtahana hazırlıqla bağlı "Yaddaş kitabçası"nı Nazirliyin internet səhifəsində "Qulluğa qəbul" bölməsindən, habelə qeydə alınan namizədlərin elektron kabinetlərindən əldə etmək olar.
Eyni zamanda namizədlər müsabiqəyə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə köməklik məqsədilə Nazirliyin Ədliyyə Akademiyasında təşkil olunan ənənəvi hazırlıq kurslarında iştirakla bağlı birbaşa həmin Akademiyaya müraciət edə bilərlər (ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: (012) 493-71-31).
Test imtahanının vaxtı və yeri barədə əlavə məlumat veriləcəkdir.
Nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, 538-08-85 nömrəli telefonlar vasitəsilə bütün suallarla bağlı operativ informasiya almaq olar.
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"