Onlar Qarabağa, ön xəttə ağac və ümid əkməyə gediblər

15:29 04-04-2019 | icon 441 | Cəmiyyət
Onlar Qarabağa, ön xəttə ağac və ümid əkməyə gediblər

 

Təhsil və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə aprel zəfərinin üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilib.


Təşkilatçılar bildiriblər ki, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın müasir hərb tarixinin zəfər səhifəsi sayılan aprel döyüşlərinin üçüncü ildönümünü qeyd etmək, yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinə töhfə verməkdir.

Versus.Az musavat.com -a istinadən xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, millət vəkilləri, media qurumlarının rəhbərləri, QHT, KİV nümayəndələri, hərbçilər, tələbə-könüllülər, şagird və müəllimlər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Füzuli rayonunun Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzinə gələrək, mərhum prezidentin abidəsi önünə gül dəstələri qoyublar.

Sonra Horadiz şəhərində ucaldılmış “Aprel şəhidlərinə xatirə” abidəsi ziyarət edilib və abidənin yaxınlığındakı ərazidə, milli ruhlu vətənpərvərlik mahnılarının sədaları altında aprel zəfərindən ötən hər gün üçün 1100 ağac əkilib. Müşahidə etdik ki, Cocuq Mərcanlı kəndinin girişində aprel şəhidlərinin xatirəsinə həsr olunan xüsusi lövhələr vurulub. Bu lövhələrdə şəhid haqqında məlumat qeyd edilib. Yuxarıda da qeyd etdiyimiz kimi təşkil olunan tədbirdə könüllü tələbələr də iştirak edirdilər. Tələbələrdən bəziləri şəhidlərlə bağlı lövhələri görüb, göz yaşlarını saxlaya bilmirdilər. Füzuli rayonundan olan Azərbaycan Dillər Universitetinin tələbəsi Şəhla Əzizova kövrələrək bildirdi ki, hər dəfə bu əraziyə gələndə göz yaşlarına hakim ola bilmir:
"Aprel savaşı bizim qürur mənbəyimizdir. Bunu çox gözəl dərk edirik. Ancaq şəhidlərimizi düşünəndə, işğal altında olan torpaqlarımızı uzaqdan görəndə kövrəlməyə bilmirəm. Arzum odur ki, torpaqlarımız tezliklə işğaldan azad edilsin. Rayonumuzu görməsəm də, valideynlərimin danışıqlarından təsəvvürümdə görmüşəmmiş kimi xatirələr var..."

Daha sonra tədbir iştirakçıları ön xəttə yollanıb, əsgərlərin xidmət şəraiti, yataq yerləri, ümumi vəziyyətləri ilə tanışlıq olublar. Məlumat verilib ki, əsgərlərin yataq dəstləri əvvəlki illərdən fərqli olaraq müasirləşdirilib. Hər bir əsgər üçün ortopedik döşəklər təşkil olunub. Əsgərlər bildirdilər ki, ön xətdə xidmət etməkdən qürur duyurlar.

Əsgərlərlə söhbəti zamanı Təhsil nazirinin müavini Firudin Qurbanov qeyd etdi ki, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Milli Ordusunun 2016-cı ilin aprel ayında həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində strateji mövqelərə nəzarət bərpa olunub. O, söylədi ki, aprel döyüşlərində ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm qələbə qazanılıb. Firudin Qurbanov Milli Ordumuzun şanlı tarixinə çevrilmiş aprel döyüşlərinin hər bir vətəndaşda qürur hissi yaratdığını qeyd edib.

Nazir müavini vurğuladı ki, aprel döyüşlərində qazanılan qələbənin ildönümünün hər il qeyd olunması xalqımızın mübarizə ruhunu və yüksək vətənpərvərlik hissini bir daha nümayiş etdirir. Firudin Qurbanov işğal altındakı digər torpaqlarımızın da işğaldan azad ediləcəyinə əminliyini ifadə etdi.

Əsgərlərlə söhbəti zamanı Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev aprel şəhidlərinin şücaətindən söz açdl. Rasim Əliyev bildirdi ki, 2016-cı ilin aprel ayında  Azərbaycan ordusu düşməni tam məğlub etməyə hər zaman hazır olduğunu nümayiş etdirib. General-mayor Azərbaycan ordusunun işğal altındakı bütün torpaqlarımızı azad etməyə tam qadir olduğunu vurğuladı.  

Könüllü tələbələrlə görüşü zamanı Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev cəbhə bölgəsində keçirilən bu kimi tədbirlərin gənclərdə vətənpərvərlik ruhunu daha da yüksəltdiyini söylədi. İcra başçısı həmçinin bu döyüşlərdə ordumuzun öz gücünü bir daha göstərdiyini və qələbə çalmaq əzmini sübut etdiyini tələbələrin diqqətinə çatdırdı.

Sonda iştirakçılar Cəbrayıl rayonunun Novruz Aslanov adına  Cocuq Mərcanlı kənd tam orta məktəbinin şagird və müəllim kollektivi ilə görüşdülər. Məktəbin şagirdləri vətənpərvərlik mövzusunda olan şeirlər dedilər. Bildirdilər ki, onlar gələcəkdə general rütbəsinə qədər yüksəlib, düşməndən qisas almaq istəyirlər. Öyrəndik ki, Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbələri artıq 2 aydır ki, məktəbdə təcrübə keçirlər. Onlar eyni zamanda şagirdlərə xarici dilin tədrisinə öz töhfələrini verirlər. Təhsil Nazirliyi tərəfindən məktəbə idman ləvazimatları təqdim olundu.

Qeyd edək ki, kampaniya çərçivəsində əkilən ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təqdim olunub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...