Çağırışçı gənclərin həqiqi hərbi xidmətə təntənəli yolasalma mərasimi keçirilib

15:53 05-04-2019 | icon 415 | Cəmiyyət
Çağırışçı gənclərin həqiqi hərbi xidmətə təntənəli yolasalma mərasimi keçirilib

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, 2019-ci il aprel ayının 1-dən etibarən ölkəmizin hər yerində olduğu kimi, Xəzər rayonunda da gənclərin müddətli həqiqi hərbi xidmətə çağırışı başlanılıb.

 

Bu məqsədlə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Xəzər rayon Şöbəsi və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə çağırışçı gənclərin hərbi xidmətə təntənəli yolasalma mərasimi keçirilib.

 

Versus.Az-ın məlumatına görə, tədbir iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyevin Xəzər Rayon İcra Hakimiyyətinin İnzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər.

 

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin Başçısı Elşən Salahov, Millət Vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon Şöbəsinin rəisi Nasir Qurbanov, Qarabağ müharibəsi əlilləri veteranları və şəhid ailələri İctimai Birliyinin Xəzər rayon şöbəsinin sədri Səfa Əliyev,ziyalılar, Qarabağ müharibəsi iştirakçıları və valideynlər iştirak ediblər.

 

Tədbirdə çıxış edən Xəzər RİH Başçısının müavini Arif Balayev, Millət Vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, SHXÇDX Xəzər rayon Şöbəsinin rəisi Nasir Qurbanov, Qarabağ müharibəsi əlilləri veteranları və şəhid ailələri İctimai Birliyinin Xəzər rayon şöbəsinin sədri Səfa Əliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Rasət Tağıyev və valdeyinlər çıxış edərək ordu quruculuğu sahəsində qazanılmış uğurlardan danışmış, gənclərə vətənin keşiyində ayıq-sayıq dayanmağı, ölkəmizin ərazi bütövlüyünü möhkəm qorumağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə ediblər.

 

Daha sonra tədbir rayonun musiqi kollektivlərinin təşkil etdiyi konsert proqramı ilə davam edib.

Tədbirin sonunda çağırışçı gənclər Azərbaycan Respublikasının bayrağını öpərək musiqi sədaları altında ruh yüksəkliyi ilə ordu sıralarına yola salınıblar.

 

Gözəl Nəcəfli
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı