Ramazan ayı ərəfəsində monitorinqlər həyata keçiriləcək
Ramazan ayı ilə əlaqədar tövsiyələrimiz ondan ibarətdir ki, ənənəvi dini qaydalara əməl edilsin.
Versus.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, Ramazan ayı üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tədbirlər Planı hazırlanır və buna uyğun da fəaliyyət göstərilir. Komitə sədri qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə də qarşılıqlı şəkildə əməkdaşlıq edilir:
“Həmçinin məscidlərdə Ramazan ayı ilə bağlı tədbirlər Qafqaz Müsəlmanları İdarəsinin müəyyən etdiyi vaxt çərçivəsində həyata keçirilməlidir. Bütün tələblərə riayət olunmalıdır. Bizim Komitənin əsas vəzifəsi verilən fətva və qayda qanunlara əməl edilməsi istiqamətində öz üzərinə düşən vəzifəni yerinə yetirməkdir”.
M.Qurbanlı monitorinqlərin keçiriləcəyini də vurğulayıb: “Təbii ki, bu il də Ramazan ayı ərəfəsində monitorinqlər həyata keçiriləcək. Ümumiyyətlə hər həftənin cümə günü məscidlərdə Komitə tərəfindən mütəmadi monitorinqlər həyata keçirilir. Nəticə ilə əlaqədar müvafiq tədbirlər görülür və lazımi addımlar atırıq”.
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"