Avropada sinxron qarayaxma aksiyası
Nə ermənilər dincəlir, nə də bizim “radikal mühacirlər”
Mayın 13-də Belçikanın paytaxtı Brüsseldə bir qrup azərbaycanlı mühacir Azərbaycan Prezidentinin yerləşdiyi otelin qarşısında aksiya keçirmək cəhdi göstəriblər.
Versus.Az musavat.com-a istinadən təqdim edir:
Bunlar o adamlardır ki, artıq illərdir Avropada bu fəaliyyətlə məşğuldurlar, sosial şəbəkələrdə öz hərzə-hədyanların davam etdirir, Azərbaycanın yüksək səlahiiyyətli rəsmi şəxslərinin hansısa Avropa paytaxtına səfərini fürsət bilir, həmin şəhərə gedir, bu cür aksiyalarla öz mövcudluqlarını isbat etməyə çalışırlar.
Araşdıranda məlum olur ki, bu başıpozuq adamlar məhz o şəxslərdir ki, öz “radikal müxalif fəaliyyəti”ndən mənfəət güdürlər. Müxtəlif səbəblərdən ölkəmizdən getmiş yüzlərlə başqa mühacir onlara qoşulmur, ayrı-ayrı Avropa ölkəsində öz həyatlarını yaşayırlar. Amma bu xəyanətkar ünsürlər hər gün asudə yaşadıqları Avropa ölkəsində “fədakarlıq” göstərir, vətəni tərk etməyən insanlara çağırışlar edirlər. Bununla da onlar yaşadıqları ölkədən deportasiya olunmaq riskini azaldırlar, həmin dövlətləri və beynəlxalq təşkilatları belə bir fakt qarşısında qoyurlar ki, bəli, onlar radikal müxaliftçidirlər və ölkələrinə geri göndərilə bilməzlər.
Bundan başqa, onların bu ki aksiyalarını maliyyələşdirən qruplar da tapılır. Eynilə müxtəlif ölkələrdə yaşayan erməni qruplarının bənzər aksiyalara əl atması da göstərir ki, bu məsələdə azərbaycanlı “radikal müxaliflər”lə erməni fəalların addımları sinxron hala gəlir.
Yaşadıqları ölkənin qayda-qanunlarına uyğun şəkildə faydalı bir işlə məşğul olmaqdansa “xaricdə radikal müxalifətçilik” oyunu oynayan bu nadürüstlər bu fəaliyyətlərini artıq iş yerinə çeviriblər.
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"