Azərbaycan Yazıçılar Birliyinin binasında striptiz şou
Bakının məşhur gecə klublarından olan "Hot Room Club"da striptiz şou nümayiş etdirilir. Sözügedən klubda qızların erotik rəqsi təşkil olunur.
Versus.Az unikal.org-a istinadən xəbər verir ki, həmin gecə klubunda əxlaqsızlıq təbliğ edilir.
"Hot Room Club"da açıq-saçıq geyinən qızlar müştəriləri əyləndirib, striptiz şoualar göstərirlər. Klubun sahibi Roşka Roş adlı reperdir.
Qeyd edək ki, əvvəllər "26" adı ilə fəaliyyət göstərən "Hot Room Clup" Azərbaycan Yazıçılar Birliyinin binasında yerləşir.
Xatırladaq ki, ötən ilin sentyabr ayında Bakının Səbail rayonu ərazisində, "Sahil bağı" yaxınlığında, Xaqani küçəsində yerləşən Azərbaycan Yazıçılar Birliyinin nəzdində olan və icarəyə verilmiş "26" - "Twenty six" kafesi qalmaqallı şəkildə bağlanmışdı.
Obyektin bağlanmasına səbəb kimi onun "26 - Bakı komissarı"nın adını daşıması göstərilmişdi. Bakı şəhərinin sabiq meri Hacıbala Abutalıbov, Səbail Rayon İcra Hakimiyyətinin sabiq başçısı Eldar Əzizov və polis əməkdaşlarının iştirakı ilə kafenin adı sökülmüş, icarəyə götürən şəxs isə saxlanılmışdı.
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"