Müşfiq Ələsgərli: "Etiraz etmək imkanları varsa, bircə dəfə də Ermənistan səfərliyi qarşısında aksiya keçirsinlər"
Versus.Az "Sherg.az”-a istinadən xəbər verir ki, bunu açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
M.Ələsgərli bildirib ki, azərbaycanlı olduğunu iddia edənlərin Azərbaycana və dövlət başçısına qarşı etirazı milli simanın, düşüncənin və əqidənin eroziyaya uğraması deməkdir:
"Bu insanlarda milli sima yoxdur, onların yalnız ad və soyadları bizə məxsusdur. Maraqlı iki məqamı vurğulamaqla fikrimi çatdırmaq istəyirəm. Onlar deyirlər ki, "Azərbaycanla Avropa İttifaqı arasında sazişin imzalanmasına imkan verməyəcəklər”. Saziş Azərbaycan üçün çox vacibdir və Prezident müqaviləni şəxsən özü üçün deyil, xalqımız və dövlətimiz üçün imzalayır. Ancaq xaricdəki məlum şəxslər müqaviləyə qarşı çıxırlar.
Məncə, ağılları kəsmədikləri üçün bunu edirlər. Dərk etsəydilər, bunun necə aktual məsələ olduğunu anlayardılar. Əslində bu cür hərəkətləri ilə sifarişin kimdən gəldiyini biruzə verirlər. Göstərirlər ki, onlar Azərbaycanın dövlət maraqlarına qarşıdırlar.
Təbii ki, Azərbaycanın Avropa Birliyinə daxil olmasını istəməyənlər var. Ancaq kimdir istəməyənlər? Erməni şəbəkələri və onların himayə etdiyi mərkəzlər. Aksiya keçirənlər də erməni mərkəzlərin sözünü deyirlər. Bəyan edirlər ki, hər vəchlə Azərbaycanın sazişə imza atmasına olacaqlar”.
MŞ sədr müavini vurğulayıb ki, əgər bu insanların etiraz etmək imkanları varsa, fəaliyyətləri dövründə bircə dəfə də olsun Ermənistan səfərliyi qarşısında aksiya təşkil etsinlər:
"Xocalı soyqırımı və Şuşanın işğalı günündə erməni səfirliyinin önündə aksiya keçirsinlər. İndiyə kimi buna şahid olmamışıq. Onda sual yaranır ki, əgər bunlar özlərini azərbaycanlı sayırsa, niyə bir dəfə də olsun ümummilli problemlərimizə şərik olmurlar?! Deməli, onların canfəşanlığı tamamilə yalan və qeyri-səmimidir. Öz fəaliyyətlərini maskalamaq üçün bu cür addımlar atırlar. Normal insan olsaydılar, dövlətimizin maraqlarını güdsəydilər, belə təxribatlara əl atmazdılar”.
Versus.Az