Abdullah Uysal: “Babalarımız bizə birlik və bərabərlik mesajı veriblər” - REPORTAJ

21:21 15-05-2019 | icon 539 | Cəmiyyət
Abdullah Uysal: “Babalarımız bizə birlik və bərabərlik mesajı veriblər” - REPORTAJ

1918-ci ildə Qafqaz İslam Ordusunun tərkibində Bakıya gedən və şəhid olan əsgərlər arasında on nəfər antalyalı olub

 

 

Türk Ocaqları Antalya şöbəsinin başkanı Abdullah Uysalın Versus.Az-a ekskuliziv müsahibəsi.

 

Qardaş ölkə Türkiyəyə hər səfərim yaddaqalan görüşlərlə, yüksək səviyyədə düzənlənən toplantılarla, maraqlı müsahibələrlə, reportajlarla zəngin olur. Ötən ayın sonunda Antalyada fəaliyyət göstərən Yurdum Türkməneli Dərnəyinin və Türk Ocaqları Antalya şöbəsinin birlikdə təşkil etdikləri Ocaqbaşı söhbətlərində “Azərbaycan jurnalistinin gözu ilə Kərkük izlənimləri” konfransında çıxış etmək mənim üçün böyük məsuliyyət və qürur idi. Buna görə Yurdum Türkməneli Dərnəyinin başkanı Yunus Bayatlıya və Türk Ocaqları Antalya şöbəsinin başkanı Abdullah Uysala çox böyük təşəkkürümü bildirirəm. Bu konfrans barədə ətraflı yazacagam. Öncə Türk Ocaqları və dəyərli Abdullah Uysal bəylə görüşümüz barədə...

 

Türk Ocaqları Türkiyənin, eləcə də Türk Dünyasının ən qədim və ən böyük qeyri hökumət təşkilatıdır. Abdullah bəy deyir ki, yüzdən artıq yaşı olan Türk Ocaqlarının əsas məqsədi Türk millətini sevmək, ucaltmaq, qədim tariximizə, çografiyamıza, milli, mənəvi dəyərlərimizə sadiq olmaqdır. Türk Ocağı rəsmən 1912-ci ilin 25 martında qurulub. Amma quruluş üçün ilk çalışmalara 1911-ci ildən başlanıb. Onu həm də “Konüllülər ocağı” adlandırmaq olar. Türk Ocağının ilk qurucuları arasında Fuat Sabit, Mehmed Emin, Yusuf Akçuraoğlu, Ali Tevfik ilə birlikdə Əhməd Ağaoğlu da var.

 

Hazırda Türk Ocaqlarının səksəndən artıq şöbəsi fəaliyyət göstərir. Əsas mərkəz Ankarada yerləşir. 1988-ci ildən Türk Ocaqları Təhsil və Mədəniyyət Vakfı da fəqliyyətə başlayıb. Vakfın əsas məqsədlərindən biri hər il Türk Dünyasından Türkiyəyə ali təhsil almağa gələn yüzlərlə tələbəyə burs verməkdir. Uğur qazanan və fərqlənən tələbələr ilin sonunda xüsusi mükafatlara layiq görülürlər.

 

Abdullah Uysal bəylə söhbət zamanı maraqlı bir faktı da açıqladı. 1918-ci ildə Qafqaz İslam Ordusunun tərkibində Bakıya gedən və şəhid olan türk əsgərləri arasında on nəfər antalyalı olub:

 

“Ötən ilin 25 iyulunda Antalyada 1918-ci il Azərbaycan Cümhuriyyətinin qurulmasının 100 illiyi sırasında şəhidlərimizin anma  mərasimini keçirdik. Tədbiri Kəpaz Bələdiyyəsi, Antaliya Jurnalistlər Cəmiyyəti və Türk Ocaqları birlikdə təşkil etmişdi. QURANİ Kərimin oxunması ilə başlayan mərasimdə çox sayda qonaqlar, o cümlədən, Azərbaycandan millət vəkili Qənirə Paşayeva da iştirak edirdi. Bakıdakı Şəhidlər Xiyabanında məzarları tapılan on antalyalı şəhidin xatirəsinə ucaldılan abidənin açılışı oldu. Mərasimdə millət vəkili Qənirə xanım çıxış etdi”.

 

Abdullah bəy əlavə etdi ki, bu faktlar bir millət iki dövlət olan Türkiyə və Azərbaycanın bir-birlərinə tarixən nə qədər bağlı olduqlarının göstəricisidir və bunlar yüzlərlə, minlərlədir:

 

“Eləcə də, Canaqqala Şəhidliyində bütün Türk Dünyasından olan şəhidlərimiz uyuyur. Torpaqlarımızın azadlığı, birliyimiz, bərabərliyimiz uğruna çiyin-çiyinə vuruşan, mücadilə verən, şəhid olan babalarımız həm də bizə, gələcək nəsillərə bununla çox ibratamiz və tarixi mesaj veriblər. Harada yaşamamızdan asılı olmayaraq, ehtiyac duyulan, istənilən an bir-birimizin yanında olmaq, omuz-omuza vermək. Bu gün Azərbaycanın tarixi torpaqları Qarabagın işğal altında olması, Kərkükdə yaşananlar, digər Türk coğrafiyalarındakı durumlar bizi də üzür və eyni dərdi bölüşürük. Eyni zamanda, qazandığımız uğurları da birlikdə paylaşırıq”.

 

Abdullah bəy bildirdi ki, davamlı olaraq Türk Ocaqları Antalya şöbəsində Türk Dünyasının tarixinə, mədəniyyətinə, təhsilinə və digər sahələrə həsr olunan konfranslar verilir, tədbirlər keçirilir:

 

“Bu sıradan olan toplantılarımıza universitet tələbələrimiz, gənclər, Antalyada yaşayan, müxtəlif türk dövlətlərini təmsil edən diaspor, dərnək rəhbərləri, üzvləri, ziyalılar, alimlər, ictimaiyyətin nümayəndələri qatılır. Çxışlardan, söhbətlərdən sonra maraqlı müzakirələrimiz olur, fikirlərimizi bölüşür, suallar cavablandırılır”.

 

Türk Ocaqları Antalya şobəsinin başkanı Abdullah bəy əlavə etdi ki, məhz belə söhbətlər, konfranslar zamanı müxtəlif ölkələrdən gələn, Antalyada yaşayıb, çalışan, təhsil alan insanlarımız bir-birlərini daha yaxından tanıyırlar, əlaqələr qururlar. Önəmli tarixləri, anım günlərini, tədbirləri birlikdə qeyd edirlər, bayramları hamı bir arada keçirir. Abdullah bəy deyir ki, Türk Ocaqları Antalya şöbəsi olaraq qapımız hər kəsin üzünə açıqdır. Azərbaycandan olan qardaşlarımızı da burada görmək, söhbət etmək, birlikdə layihələr gerçəkləşdirmək, tədbirlər keçirməkdən hər zaman məmnun olarıq.

 

Aganisə Sultanova
/Antalya, Türkiyə/

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...