Tovuzda Fitoterapevtlər Cəmiyyəti İB-nin seminarı keçirilib

13:22 16-05-2019 | icon 508 | Cəmiyyət
Tovuzda Fitoterapevtlər Cəmiyyəti İB-nin seminarı keçirilib

Tovuz şəhərində şəhər İcra hakimiyyətinin, millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və Tovuz Gənclər evinin dəstəyi ilə Heydər Əliyev Mərkəzində Fitoterapevtlər Cəmiyyəti İB-nin geniş maarifləndirmə seminarı keçirilib.

 

Versus.Az-ın məlumatına görə, seminarda çıxış edən Qənirə Paşayeva Fitoterapevtlər Cəmiyyətinin paytaxtdan kənar ilk tədbirinin Tovuzda keçirilməsinin təsadüfi olmadığını deyib:

 

“Çünki Tovuz şəhəri zəngin florası olan bölgələrdən biridir. Bildiyiniz kimi cənab Prezident İlham Əliyev çıxışlarında ölkəmizdə bütün sahələrin inkişafına diqqət yetirilməsinin önəmini qeyd edir. Fitoterapiya da xüsusi diqqət göstərilməsi vacib sahələrdən biridir. Azərbaycan, o cümlədən Tovuz şəhəri zəngin floraya sahibdir, burada çoxlu sayda şəfalı bitkilər var. Tovuz dərman bitkiləri ilə də zəngindir".

 

Millət vəkili bildirib ki, fitoterapiya, onun vacibliyi və əhəmiyyəti ilə bağlı əhalimizin geniş maarifləndirilməsi işlərinə böyük ehtiyac var. Bölgələrimizdə bu kimi tədbirlərin keçirilməsi bu istiqamətdə çox vacibdir. Bu sahədə maarifləndirmə işlərinin aparılmasının vacibliyini qeyd edən Q.Paşayeva sağlam həyat tərzinin, düzgün qidalanma və xəstələnmənin qarşısının alınmasının - profilaktikanın vacibliyini qeyd edib.

 

Qidalanma üçün faydalı, eyni zamanda dərman bitkiləri ehtiyatı ilə zəngin olan ölkəmizdə həmin bitkilərdən müxtəlif məhsulların və müxtəlif dərmanların hazırlanmasının yaxın gələcəkdə önəmi barədə də danışan millət vəkili, bu sahədə araşdırma, tədqiqat aparan alimlərin, tədqiqatçıların təmsil olunduğu  Fitoterapevtlər Cəmiyyətinə ölkəmizdə fitoterapiyanın inkişafına müsbət töhfələr verəcəyinə inandığını deyib və uğurlar diləyib.

 

Fitoterapevtlər Cəmiyyəti İB-nin sədri Məlahət Qəhrəmanova çıxış edərək rəhbərlik etdiyi cəmiyyət haqqında geniş məlumat verib və bildirib ki, cəmiyyətin əsas məqsədi ölkəmizin zəngin dərman bitkiləri ehtiyatından istifadə edərək bu sahədə ölkəmiz üçün daha boyük uğurlar əldə etmək, eyni zamanda Azərbaycanın dərman bitkilərini bütün dünyaya tanıtmaqdır. M.Qəhrəmanova Fitoterapevtlər cəmiyyətində bu sahədə mütəxəssis olan alim və tədqiqatçıların təmsil olunması, həyata keçirilən və nəzərdə tutulan layihələr barədə də geniş məlumat verib.

 

Azərbaycan Tibb Universitetinin professoru Aidə Bəndəliyeva  “Təbii mənşəli müalicə vasitələri və sağlamlıq” la bağlı çıxış edib və zəngin dərman bitkiləri ehtiyatına malik ölkəmizin bölgələrində bu kimi tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib.  Fitoterapevtlər Cəmiyyəti İB-nin icraçı direktoru Ülviyyə Abbasova çıxış edərək təşkilatın maarifləndirmə istiqamətində hədəfləri barədə geniş məlumat verib və bu kimi tədbirlərin keçirilməsinin vacibliyi ilə bağlı fikirlərini bölüşüb.

 

Tədbirdə Tovuz şəhər icra başçısının müavini Təranə Bayramova da iştirak edib.

Bir sıra ziyalılar da çıxış edərək seminarın mövzusu ilə bağlı fikirlərini bildiriblər.

Fitoterapevtlər Cəmiyyəti İB-nin sədri M.Qəhrəmanova, Fitoterapevtlər Cəmiyyəti İB-nin icraçı direktoru Ü.Abbasova və professor A.Bəndəliyeva tədbir iştirakçılarını maraqlandıran sualları da cavablandırıblar.

 

Eyni zamanda Fitoterapevtlər Cəmiyyəti İB-nin sədri M.Qəhrəmanova, Fitoterapevtlər Cəmiyyəti İB-nin icraçı direktoru Ü.Abbasova və professor A.Bəndəliyeva Tovuz rayon icra başçısı Məmməd Məmmədov və millət vəkili Q.Paşayeva ilə görüşüblər. Görüşdə Tovuz rayonunun fitoterapiya sahəsində potensialı və bu sahənin inkişafı istiqamətində bir sıra təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...