"Visa": Azərbaycan ödəniş həllərinin səmərəli tətbiqinin nümunəsidir
Azərbaycan ödəniş həllərinin səmərəli tətbiqi, texnologiyaların inkişafı və innovasiyaların tətbiqinin nümunəsidir.
Versus.Az xəbər verir ki, bunu “Visa” şirkətinin MDB və Cənub-Şərqi Avropa üzrə baş direktoru Kristina Doroş “Bank işində və ödəniş ekosistemində yeni tendensiyalar: innovativ həllər, maliyyə texnologiyaları və təhlükəsizlik” mövzusunda FINTEX sammitində deyib.
O bildirib ki, Azərbaycanda təmassız ödənişlər kimi “Visa”nın innovativ həlli 2014-cü ildə tətbiq olunub. K.Doroş nağdsız ödənişlərin inkişafı üçün hökumətin dəstəyini xüsusi vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda keçirilən genişmiqyaslı islahatlar nəticə verməyə başlayıb:
“Visa” tərəfdaşları ilə birgə yeni texnologiyaları inkişaf etdirməyə və onları Azərbaycanda tətbiq etməyə kömək edəcək”.
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"