14 yaşlı taekvandoçumuzun arzusu

12:19 02-06-2019 | icon 1234 | Uşaq Dünyası
14 yaşlı taekvandoçumuzun arzusu

Elçin Həsənov: “Məqsədim Azərbaycanımız üçün qələbə qazanmaqdır”

 

İdman uşaq və yeniyetmələrin tərbiyəsində gözəl bir məktəbdir. İdman insana qarışıq maraqların dar çərçivəsindən çıxmağa kömək edir. O, uşaqların daxili aləmini də zənginləşdirir - nəinki fiziki inkişafa, həmçinin mənəvi inkişafa da yol açır, onlara ətraf mühitlə normal münasibətlər yaratmağa kömək edir. İdmanla mütəmadi məşğul olmaq yeniyetmə və gənclərdə sağlam tələbatın formalaşması üçün vacibdir.

 

Ümumiyyətlə, uşaqların idman və musiqiyə məktəb vaxtlarından maraq göstərməsi və mənimsəmək həvəsinin olması müsbət haldır. Hələ bu sahələrdə uğurlar əldə etmək üçün yarışlarda iştiraka can atması, yaxşı mənada fərqlənmək istəyi varsa, deməli gələcəyin idmançısı, musiqiçisi yetişir.

 

Ağcəbədi rayon 3 saylı liseyin 8-ci sinif şagirdi Həsənov Elçin Zabil oğlu da özünü idmanda tapan uşaqlardandır. Anası Raifə xanım Quliyeva danışır ki, Elçin hələ 3 yaşındaykən böyük uşaqların idman etdiyini görəndə onların hərəkətlərini həvəslə, dayanmadan təkrarlayırmış. Valideynlər o vaxtdan hiss ediblər ki, bu uşaq artıq gələcək yolunu müəyyənləşdirib. Amma müəllimlər bu yaşda hələ tez olduğunu deyiblər.

 

Elçin böyüdükcə əvvəlcə şahmata marağı yaranıb. 4 il şahmat məktəbinə gedib. Amma fiziki güclü olmaq istəyi daha çox olduğundan idman növünü dəyişib və taekvandonu seçib. Elə bu idman növü ilə də uğurlara imza atıb. Gəncə rayonunda açıq 1-cilik yarışında 2-ci yerin, Beyləqan Beyləqan rayon çempionatı və Qəbələ rayonlarında 1-ci, Göyçayda 3-cü yerlərin qalibi olub.

 

Sonrakı yarışlarda Qəbələ turnirində 3-cü, Yevlax rayonlar arası yarışda 2-ci, Ağcabədidə 1-ci, Taxta körpü rayonlar arası yarışda Göyçayda şəhidlərin adı ilə bağlı Bakı Azərbaycan çempionatında 3-cü yeri tutub.

 

Müəllimi Tapdıq Əkbərov Elçinin öz üzərində ciddi məşğul olmasından dolayı ümid edir ki, o, hələ daha böyük qələbələrə imza atacaq.

 

Elçin deyir ki, idmançılarımızın Azərbaycan bayrağını yarışlarda qalib kimi qaldırması anı hər zaman fəxrlə və gözyaşı sevinciylə izləyir, özünü onların yerində görür. Məqsədi də dünya yarışlarına qatılmaq, belə bir böyük uğura imza atmaqdır:

“Mən yaxşı bilirəm ki, mənim qazanacağım qələbələr Azərbaycanın qələbəsi sayılacaq. Yəni məqsədim Azərbaycanımız üçün qələbə qazanmaqdır. Bunun özünü düşünmək belə sevinclidir”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"58 ildir bu işlə belə eşqlə məşğul oluram"

 Pensiya yaşı dəyişdiriləcəkmi?

Pensiyalarla bağlı bu şəxslər də SEVİNƏCƏKLƏR

“2023-cü ildən sonra o cür seriyalı danışıqlara qatılmayacağıq”

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin FIRILDAQLARI

TƏCİLİ: Böyrəyində problemi olanlar bunu oxusun

“Qərar ver, qol vur: Futbol meydanından ofislərə idarəçilik və liderlik dərsləri”

“Bu gün əldə olunan uğurlarımızla öyünə bilirik”

“Xarıbülbül” model agentliyi uşaqları dünyaya çıxarır

Yataqxanada olan ailələri məcburi köçürürlər?

Erməni həyasızlığının pik nöqtəsi

Laçına növbəti KÖÇ HAZIRLIĞI

"Qayıdışı könüllü həyata keçirilir və keçiriləcək"

Azərbaycanda üç “goreşən” saxlanıldı

Bu dəfə Çelik gəlir