“İmkanları məhdud uşaqların hər zaman qayğıya ehtiyacı var”

23:19 02-06-2019 | icon 1094 | Cəmiyyət
“İmkanları məhdud uşaqların hər zaman qayğıya ehtiyacı var”

Mətanət Quliyeva: “Mənim könüllülərim, buna görə sizə minnətdaram”

 

 

1 iyun – Beynəlxalq Uşaqların Müdafiə günündə uşaqlar həmişəkindən bir başqa fərqli diqqətdə olublar. Əngəlsiz Düşüncə Sosial İnkişafa Yardım İctimai Birliyi də bu ərəfədə uşaqların sevincinə səbəb olub.

 

Versus.Az-ın məlumatına görə, bir müddət öncə 1 saylı imkanları məhdud uşaqların sosial xidmət müəssisəsində olan Əngəlsiz Düşüncə Sosial İnkişafa Yardım İctimai Birliyi növbəti dəfə Zabrat qəsəbəsində yerləşən Yetkinlik Yaşına Çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya mərkəzinə baş çəkib.



Əngəlsiz Düşüncə Sosial İnkişafa Yardım İctimai Birliyinin sədri Mətanət Quliyeva (Qüdsi) imkanları məhdud uşaqların hər zaman qayğıya ehtiyaclarının olduğunu vurğulayıb. Belə bir gündə onların yanında olmağı özlərinə borc bildiklərini deyən Mətanət xanım "Cırtdan" Kukla teatrının tamaşası və əyləncəli oyunlarla davam edən proqramın uşaqların sevincinə və marağına səbəb olduğunu bildirib:

 

"Etiraf edim ki, Kukla teatrında olmaq mənim uşaqlıq arzumdu. Ona görə siz burda olduğunuz üçün şanslısınız. Belə şərait yaratdığına görə teatrın rəhbərliyinə, Səyyarə xanıma, Sima xanıma, Nəzakət xanıma təşəkkür edirəm. Mənim bütün tədbirlərimdə yanımda olmusunuz. 
Sevindirici haldır ki, dekabrda qeydiyyatdan keçən kiçik təşkilatın hazırda 50-yə qədər könüllüsü var. Mənim könüllülərim, buna görə sizə minnətdaram. Yenidən görüşmək ümidiylə".


Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...