Dərs ili sentyabrın 1-də başlasınmı?
"Məncə də, dərs ilinin iyunun 15-nə qədər davam etməsi səmərəli və arzuolunan deyil. Dərslərin mayın 25-də bitməsi və yeni dərs ilinin sentyabrın 1-də başlaması ən optimal variantdır".
Versus.Az-ın məlumatına görə, bu sözləri özünün "Facebook" səhifəsində Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov yazıb.
Partiya sədri bildirib ki, Prezidentin son sərəncamı ilə bundan sonra məktəblərdə dərslərin başlanma və bitmə müddətini Nazirlər Kabineti müəyyən edəcək:
"Ümid edirik ki, dərslərin mayın 25-də bitməsi ilə bağlı yekun qərar qəbul ediləcək. Təhsilin keyfiyyətinin artırılması və məktəblilərin psixoloji və fiziki rahatlığı baxımından bu, çox önəmli məsələdir".
LƏMAN
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"