Rezidenturaya qəbul imtahanına düşəcək sualların fənlər üzrə paylanması - Rəqəmlər
Dövlət İmtahan Mərkəzi “Rezidentura” xüsusi buraxılışının 3-cü nömrəsini nəşr edib.
Versus.Az AzEdu.az-a istinadən bildirir ki, verilən məlumata görə, jurnalın bu nömrəsində 2019/2020-ci tədris ili üçün rezidenturaya qəbul imtahaninin ikinci mərhələsi və ixtisas seçimi haqqinda elan, “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.
Jurnalda rezidenturaya qəbul imtahanında düşəcək sualların fənlər üzrə paylanması da yer alıb.
“Rezidentura 3” jurnalında yazılanlara görə, qəbul imtahanında cavablamaq üçün məzunlara 100 sual təqdim olunur. Müalicə işi, pediatriya istiqaməti üzrə məzun olanlar üçün sualların fənlər üzrə paylanması aşağıdakı kimidir:
Cərrahlıq – 20 sual;
Mamalıq – ginekologiya 10 sual;
Uşaq xəstəlikləri 10 sual ;
Kardiologiya, Pulmonologiya, Qastroenterelogiya – hər biri ayrı – ayrılıqda 8 sual;
Endokrinologiya, Nefrologiya, Hematologiya, Nevrologiya, Yoluxucu xəstəliklər, Psixiatriya – hər biri 6 sual .
Bu məlumatlar bakalavrların imtahana hazırlığı və üstünlük verəcəkləri əsas fənlərin seçimində onlara kömək edəcək.
Qeyd eədk ki, rezidenturaya qəbul müsabiqəsinin II mərhələsi iyulun 14-ü, bu mərhələ ilə bağlı sınaq imtahanı isə iyunun 29-da keçiriləcək. Sınaq imtahanında iştirak üçün 220 yer nəzərdə tutulub.
Versus.Az
Xəbər lenti
Səsli mesajlar mətnə çevrilir
"WhatsApp"dan möhtəşəm funksiya gəldi