"Müəllimlik rəqabətli peşəyə çevrilib"

12:19 12-07-2019 | icon 590 | Təhsil
"Müəllimlik rəqabətli peşəyə çevrilib"

Bu il orta məktəblərdə ötən ildəkindən daha çox sayda vakant müəllim yerinin elan olunacağı gözlənilir.

 

Versus.Az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

 

Onun sözlərinə görə, iyulun 8-dən başlayaraq Azərbaycanda mərkəzləşmiş qaydada müəllimlərin işə qəbulu imtahanı keçirilir:

"Bu il elektron ərizələrini qeydiyyatdan keçirən müəllimlərin sayı 56 mindən çox olub. Bu, əvvəlki illərlə müqayisədə rekord göstəricidir. Test imtahanlarının iyulun 24-nə qədər keçiriləcəyi nəzərdə tutulur. İmtahanlarda hər gün orta hesabla 3200-ə yaxın müəllim iştirak edir".

 

C.Bayramov əlavə edib ki, hazırda bütün ölkə üzrə orta məktəblərdə vakant yerlərin sayı dəqiqləşdirilir:

"Yaxın zamanlarda bütün vakant yerlər elan ediləcək. Düşünürük ki, bu il ötən ildəkindən daha çox sayda vakant yer elan olunacaq. Namizədlərin sayını və rəqabətliliyini nəzərə alaraq gözləntimiz ondan ibarətdir ki, vakant yerlər 100 faiz tutulacaq. Çünki son illərdə Təhsilin İnkişafı üzrə Strategiyaya uyğun aparılan kompleks tədbirlər nəticəsində çox müsbət dinamika müşahidə olunur və müəllimlik rəqabətli peşəyə çevrilib".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı