Nyutonun kitabı bəşəriyyətin taleyini necə dəyişdi?
Versus.Az tanınmış jurnalist İbrahim Nəbioğlunun hazırladığı "Bəşəriyyətə yol açan 30 kitab" silsiləsindən birinci kitab haqqında yazını təqdim edir:
Philosophiae Naturalis Principia Mathematica
Latınca yazılmış "Philosophiae Naturalis Principia Mathematica" (Natural fəlsəfənin riyazi prinsipləri) kitabı dahi ingilis fiziki İsak Nyutonun 1686-cı ildə çapdan çıxan kitabıdır. Kitabda Ümumdünya cazibə qanununu verməklə Nyuton klassik mexanikanın əsasını qoyub.
Müasir zamanda kitabın adı yəqin ki, "Fizikanın riyazi əsasları" olardı. "Principia" 3 cilldən ibarətdir və o, Təbiəti riyazi dillə izah edən bir Şahəsər sayılır. Qaranlığın ortasında yandırılmış bir şama bənzəyir "Principia". Bu gün Kainatın riyazi dilini anlamağa başlamışıqsa bu Nyuton və onun bu əsəri sayəsində mümkün olmuşdur. Əhəmiyyəti və miqyasına görə dəqiq elmlər tarixində kitabın tayı-bərabəri yoxdur. Odur ki, kitab nəinki elmi baxımdan, tarixi əhəmiyyətinə görə də əvəzsizdir. Kitabın məşhur giriş sözü isə başlı-başına bir aləm, şedevrdir.
Nyuton ifrat təvazökarlığı ilə tanınırdı, bu təvazökarlığındandır ki, kitabda yeni bir nəzəriyyə yaratdığını dilə gətirmir. Kim bilir, bəlkə də o haqlı idi, çünki elədiyi təbiəti riiyasiyyatın dili ilə ifadə etmək idi.
Versus.Az
Xəbər lenti
Səsli mesajlar mətnə çevrilir
"WhatsApp"dan möhtəşəm funksiya gəldi