Ölkəmizdə bu qədər məhkum var?

21:08 17-07-2019 | icon 518 | Cəmiyyət
Ölkəmizdə bu qədər məhkum var?

Yerli probasiya qurumlarının qeydiyyatında olan məhkumlardan 4700-dən çox şəxs cari ildə cəza müddətinin başa çatması və qanunla müəyyən edilmiş digər əsaslarla qeydiyyatdan çıxarılıb. Cəzanın icrasından boyun qaçıran 384 məhkumun cəzası məhkəmələr tərəfindən digər cəza növü, o cümlədən 48 nəfərin cəzası azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib.

 

Versus.Az xəbər verir ki, bunu iyulun 17-də Ədliyyə Nazirliyində Probasiya Xidməti tərəfindən cari ilin birinci yarımilində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası üzrə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirədə Probasiya Xidmətinin rəisi - baş probasiya məmuru Akşin Ziyadov deyib.

 

A.Ziyadov bildirib ki, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqi genişləndirilərək bu ilin birinci yarımilində həmin cəzalara, o cümlədən azadlığın məhdudlaşdırılması cəza növünə məhkum olunmuş 1100-ə yaxın şəxsə elektron qolbaq tətbiq edilib. Cəza müddəti başa çatan və digər qanuni əsaslara görə 300-dək məhkumdan isə qolbaqlar çıxarılıb. Hazırda 1400-dən artıq məhkum elektron qolbaq daşıyır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...