Elkaponinin Bakıda yüz minlik məğlubiyyəti

19:24 18-07-2019 | icon 946 | KİV
Elkaponinin Bakıda yüz minlik məğlubiyyəti

Versus.Az Axar .Az- saytına istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində iş adamı Frenk Elkaponi Naxçevanskinin (Füzuli Məmmədov) “Erməni milyarder edir, Elkaponi isə “meydan oxuyur” və “Elkaponi xahiş etdi, ardınca inanılmaz addım atdı” başlığı altında yayımlanan məqalələrdə “şərəf və ləyaqətin təhqiri” iddiası ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.

 

Versus.Az xəbər verir ki, prosesdə hakim qərarı elan etməli idi. Lakin həmin gün milyarderin vəkili iddiadan imtina etdiklərini açıqlayıb.

 

Məsələylə bağlı danışan saytın baş redaktoru Anar Niftəliyev bildirib ki, azərbaycanlı milyarder məhkəməni uduzacağı üçün iddianı geri çəkib:

 

“Məhkəmənin Frenk Elkaponinin əlehinə birmənalı olaraq qərar çıxaracağını dərk edən vəkil qərar elan olunacağı gün iddiadan imtina edib. Lakin biz təkidlə məhkəmənin qərar verməsini istərdik. Çünki məhkəmədən imtina bütün iddialar suya düşdükdən və mənasızlığını dərk etdikdən sonra geri çəkilmir. Məhkəmə iddiası keçirilən məhkəmə prosesində geri çəkilə bilərdi, qərar elan olunan gün iddianın geri çəkilməsi doğru deyil. Bütün proses yekunlaşandan sonra iddianı guya geri çəkdiyini bildirmək və belə bir imic qazanmağa cəhd etmək gülüncdür”.

 

A.Niftəliyev bildirib ki, müvafiq qərarın sürəti hələlik redaksiyaya təqdim olunmayıb:

“Redaksiyaya qərarın sürəti təqdim olunduqdan sonra bununla bağlı müfaviq addım atılacaq. Çünki biz onların “qarşı tərəf iddiasını geri götürdü” təsəvvürü yaratmaq cəhdi ilə barışmırıq. Məhkəmə keçirilib və məhkəmə prosesi tam başa çatıb, ekspertizanın nəticələri var. Biz iddianın rədd olunmasının tərəfdarıyıq”.

Qeyd edək ki, F.Elkaponi sözügedən məqalələrə görə təkzib və redaksiyadan 100 min manat tələb edirdi. Prosesin ilk günündən isə Axar.az-ın maraqlarını qoruyan Anar Niftəliyev bəyan etmişdi ki, sözügedən məqalələrdə milyarderin ünvanına heç bir təhqir işlədilməyib. Hətta bununla bağlı qarşı tərəfə müraciət edilərək, hansı ifadələri təhqir saydığını təqdim etməsi tələb olunmuşdu. Lakin qarşı tərəf təhqir hesab etdiyi sözləri məhkəməyə təqdim edə bilməmişdi. Buna baxmayaraq, Axar.az-ın baş redaktorunun vəsatəti ilə hər iki - “Erməni milyarder edir, Elkaponi isə “meydan oxuyur” və “Elkaponi xahiş etdi, ardınca inanılmaz addım atdı” adlı - məqalə məhkəmə ekspertizasına göndərilmişdi. Ekspertizanın cavabında isə məqalələrdə Frenk Elkaponinin ünvanına heç bir təhqirin və şərəf və ləyaqəti alçaldan ifadənin olmadığı xüsusi vurğulanmışdı.

 

Versus.Az 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...