Azərbaycan elminin 2020-2025-ci illər üzrə inkişafını nəzərdə tutan strategiya 

20:16 18-07-2019 | icon 500 | Cəmiyyət
Azərbaycan elminin 2020-2025-ci illər üzrə inkişafını nəzərdə tutan strategiya 

Azərbaycan elminin yeni mərhələdə inkişafını nəzərdə tutan strategiya hazırlanır.

 

Versus.Az trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib.

 

Akademik qeyd edib ki, "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" başa çatıb və strategiya çərçivəsində həyata keçirilən tədbirlərlə bağlı ölkə rəhbərliyi qarşısında hesabat verilib.

AMEA prezidenti elmin yeni inkişaf yollarını müəyyənləşdirən 2020-2025-ci illərə dair strategiya planından, elmin davamlı inkişafını təmin etmək məqsədilə sənəddə əks olunacaq fəaliyyət proqramından söz açıb:

 

"Burada AMEA-nın və bütövlükdə Azərbaycan elminin gələcək inkişaf istiqamətləri öz əksini tapacaq, eyni zamanda elmi qanunvericiliyə dair normativ-hüquqi sənədlərdə alim və mütəxəssislərin fəaliyyətini genişləndirməyə imkan verən dəyişikliklərin edilməsilə bağlı təkliflər irəli sürüləcək. Strategiya planı Təhsil Nazirliyi, ali təhsil müəssisələri, eləcə də AMEA-nın elmi bölmələri, elmi müəssisə və təşkilatlarının birgə təklifləri əsasında hazırlanacaq. Sənədin yekun layihəsinin təsdiqlənməsi üçün dövlət başçısına müraciət olunacaq".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...