Ölkədə qanunsuz yaşayan miqrantlar - say AÇIQLANDI
Azərbaycanda qanunsuz miqrantların sayı açıqlanıb.
Versus.Az modern.az-a istinadən bildirir ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2019-cu ilin 6 ayının yekunlarına dair keçirdiyi mətbuat konfransında bu haqda danışıb.
O deyib ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə yerləşdirilənlərin sayında 30 faiz azalma müşahidə olunur.
"Belə ki, ötən il qanunsuz miqrantların saxlama mərkəzlərinə 899 miqrant yerləşdirilib. Bu il isə 627 miqrant yerləşdirilib. Həmin miqrantlar Hindistan, İran, İraq, Türkiyə, Pakistan və digər ölkələrin vətəndaşlarıdır"- V.Hüseynov bildirib.
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"