“Azərbaycan mətbuatının ictimai fikrə təsir yükü var” - MÜSAHİBƏ

17:27 19-07-2019 | icon 1111 | KİV
“Azərbaycan mətbuatının ictimai fikrə təsir yükü var” - MÜSAHİBƏ

Əlabbas Məhərrəmli: Versus.Az saytı mediaya yenilik gətirən müstəqil informasiya vasitəsi kimi diqətimi çəkib”

 

Siyasi ekspert Əlabbas Məhərrəmlinin Versus.Az-a müsaibəsi

 

- Əlabbas bəy, Milli Mətbuat Günü ərəfəsindəyik. Bu gün Azərbaycan mətbuatı hansı xətti ilə diqqət çəkir?

 

- Mən deyərdim ki, Azərbaycan mətbuatı bu gün özünün inkişaf dövrünü yaşayır. 144 yaşlı mətbuatımız daim günün tələblərinə cavab vermək üçün yenilənir, inkişaf edir. Azərbaycan Milli Mətbutını daim inkişafda olan mətbuat adlandırardım.

 

- Bir çox sferalarda belə fikirlər də səslənir ki, Azərbaycanda söz və mətbuat azadlığı yoxdur, amma o da məlumdur ki, müasir dövrümüzdə fəaliyyət göstərən kifayət qədər saytlar, qəzetlər var. Sizcə neqativ düşüncələrin meydana çıxmasına səbəb nədir?

 

- Azərbaycanda söz və mətbuat azadlığının olmadığını deyənlərə demək istərdim ki, bu gün Azərbaycan dünyada gedən informasiya texnologiyalarının inkişafı prosesində yaxından iştirak edir. Mətbuatımız elə bir səviyyəyə gəlib çatıb ki, hərənin evində bir sayt, bir mətbuat yaranıb. İstənilən şəxs istənilən zaman bu texnologiyadan istifadə edərək Azərbaycan ictimaiyyətinə, ictimai-siyasi sferaya öz mülahizələrini, bəynatlarını, açıqlamalarını  söyləyə bilir, ictimaiyyətdə müəyyən rəy formalaşdırır. Burda təbii ki, sosial medianın – sosial şəbəklərin xüsusi rolu var. Bu sahə mətbuatın mühüm sahələrindən birinə çevrilib və bu bütün dünyada belədir. Ona görə də yaşadığımız dövrdə şahidiyik ki, aktiv siyasətçilər, başqa sahədə fəaliyyət göstərən insanlar demək olar ki, istədiyi vaxtlarda canlı efirlərə çıxıb fikirlərini bildirirlər. Bu prosesə qarşı hər hansı bir təhlükə görmürəm. Lakin kimsə öz danışığına, hərəkətinə korrektələr etmirsə, fikirləşirsə ki, nə istəsə danışa bilər, təbii ki, onlara qarşı tövsiyyə xarakterli əks münasibət olmalıdır. Çünki dövlətin qanunlarını pozmaq olmaz. Bu baxımdan deyə bilərəm ki, mətbuatın qeyri-azad olması fikri ilə razı deyiləm.

 

- Media ictimai fikrin formalaşdırılmasında nə dərəcədə qəti addımlar ata bilir?

 

- Əslində bu gün medianın ictimai firkə təsiri çox böyükdür. Bura müasir informasiya texnikasını, media formalarını – sosial şəbəkələri daxil etsək, dünyanın informasiya ilə yoğrulduğunu görərik. Dediyim kimi, sosial şəbəkələr insanların gündəlik həyatlarının ayrılmaz hissəsinə çevrilib. Ona görə də ictimai rəyə təsir baxımından sosial şəbəkədən də çox istifadə olunur. İctimai rəyə təsir gücünə görə bura televiziyaları da aid edərdim.

Təbii ki, hesab edirəm ki, Azərbaycan mətbuatı hələ ki, ictimai rəyə təsir etmək gücündədir. Hansı mətbuat qurumunun nə qədər güclü, oxunaqlı, yaxud zəif olması başqa bir məsələdir. Ümumilikdə, Azərbaycan mətbuatının ictimai fikrə təsir yükünün olduğunu düşünürəm.

 

Unutmaq lazım deyil ki, dövlətin bütün qurumlarının fəaliyyəti ancaq vətəndaşların həyat rifahını yaxşılaşdırmağa yönəlir. Yəni hamının xidməti insan amili, vətəndaşa xidmət üzərində qurulur. Ona görə də bütün sahələr təbii ki, bir-birinə bağlıdır. O cümlədən də mətbuatın.

Arzu edərdim ki, Azərbaycan mətbuatı vətəndaşların, öz insanının həyatında baş verə biləcək işlərə biganə qalmasın. Arzu edərdim ki, mətbuat insanların həyat şəraitinə mane ola biləcək hallara, eləcə də bütün dövlət qurumlarında baş verəcək nöqsanlara münasibət bildirsin, ictimailəşdirsin ki, bu problemin həllinə təkan versin. Biz qəbul eləməliyik ki, Azərbaycan mətbuatında işıq üzü görən hər bir nöqsan öz həllini tapmağa yönəlib. Arzu edərdim ki, tək çap mətbuatı, internet mətbuatı yox, televiziylarımız da insanların həyatına təsir edə biləcək sahələri - təhsil, səhiyyə, sosial problemlərlə bağlı maarifləndirici verilişlər, məqalələr hazırlamaqla problemləri gündəmə gətirib aidiyyatı yerlərə çatdırmaq üçün uğurlu vasitəçi ola bilsin. Azərbaycan mətbuatı ayıq-sayıq olmalı, başqa-başqa qurumların buraxdığı səhvləri  ictimailəşdirməklə onları düz yola dəvət etməlidir.

 

- 144 yaşını qeyd edən Azərbaycan mətbuatı bu illər ərzində hansı yenilikçi təfəkkürə sahiblənib və hansı yenilikçi təcrübələri həyata keçirib?

 

- 144 yaşını qeyd edən mətbuatımız informasiya texnologiyalarının inkişafı baxımından dünya standartlarına uyğun fəaliyyət göstərir. Azərbaycanda çap mediası bir qədər arxa plana keçsə də, təbii ki, bu da dünyada sosial medianın inkişaf edərək daha çox önə keçməsi ilə bağlıdır. Bu gün insanların çap mətbuatına ehtiyacı azalıb. Yəni artıq oxucu çap mətbuatını əldə etmək üçün evdən çıxıb köşklərə getməklə vaxt itirmək istəmir. Çap mediasının imternet versiyası var. Hər bir insan Azərbaycan mətbuatını saniyə içində oxuyur, öz fikrini cəmiyyətə çatdırır. İndi o, evindən çıxıb qəzet almaq əvəzinə, telefonuna daxil olur və bir düymə ilə sosial media vasitəsilə istənilən informasiyanı ala bilir, saytlara daxil olaraq məlumatları oxuya bilir. Eyni zamanda insanlar çox az vaxt sərf edərək, sosial mediada məsələlərə öz münasibətlərini də bildirə bilirlər. Azərbaycanın 144 yaşlı mətbuatı bu inkişafı əldə edə bilib. Hər bir insan Azərbaycan mətbuatını saniyə içində oxuyur, öz fikrini cəmiyyətə çatdırır.

 

- Daim mətbuatla əlaqəli şəkildə fəaliyyət göstərən bir politoloq kimi mətbuat işçilərinə nə arzu edərdiniz?

 

- Bu gün Milli Mətbuatımızın144 yaşı tamam olur. Göründüyü kimi, onun yaşı Azərbaycanın müstəqilliyinin yaşından da böyükdür. "Əkinçi" qəzetinin nəşr olunduğu günü biz Azərbaycan mətbuatının günü kimi qeyd edirik. Çox gözəl ənənədir.

Mən Azərbaycan mətbuatının xidmətində olub həyatdan köçən insanlara da Allahdan rəhmət diləyir, qalan jurnalistlərə cansağlığı arzu edirəm.

 

Müasir dövrümüzdə Azərbaycanda yeni internet, çap mətbuatı yaranır, inkişaf edir fəaliyyət göstərir. Onlardan biri də əməkdaşlıq etdiyim, dəstəklərini gördüyüm Versus.Az saytıdır. Versus.Az saytı mətbuata yenilik gətirən müstəqil bir mətbu orqan kimi diqqətimi çəkb. Saytın bir çox əməkdaşları ilə dostluq münsibətlərim var. Mən onların timsalında bütün media nümayəndələrini təbrik edirəm. Birinci növbədə Siz mətbuat işçilərinə cansağlığı arzu edirəm. Azərbaycanda ənənə almış jurnastlərin həyat şəraitinin yaxşılaşmasını təmin etmək üçün dövlət başçısı tərəfindən onlara ev hədiyyə olnur. Arzu edərdim ki, evsiz jurnalist olmasın. Mətbuat gününüzü təbrik edirəm.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...