AQTİ -da "Süfrə” jurnalının təqdimat mərasimi keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) “Süfrə” jurnalının təqdimat mərasimi keçirilib.
Versus.Az xəbər verir ki, tədbirdə çıxış edən İnstitutun İdarə heyətinin sədr müavini Zeynəb Qurbanova bildirib ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Süfrə” jurnalının təsis edilməsində məqsəd əhalinin sağlam qidalanma, qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, həmçinin Azərbaycan əhalisinin təhlükəsiz qida ilə təmin olunması, bu istiqamətdə dövlət miqyasında həyata keçirilən tədbirlər barədə məlumatların geniş ictimaiyyətə çatdırılmasıdır.
AQTİ-nin İdarə heyətinin sədr müavini Tamella Əliyeva bütün yaradıcı heyəti təbrik edib və bildirib ki, jurnalın ilk sayında qida mövzusunda müxtəlif oxucu kateqoriyası üçün maraqlı olan məlumatlar, qida məhsulları alarkən diqqət etməli olduğumuz məqamlarla bağlı maarifləndirici yazılar yer alıb.
Qeyd edək ki, “Süfrə” jurnalının ilk sayında AQTA sədri Qoşqar Təhməzli, “Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov, millət vəkili Tahir Mirkişili, tanınmış endokrinoloq Hidayət Məmmədzadə ilə müsahibələr, müxtəlif rubrikalar və maarifləndirici yazılar dərc edilib.
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"