II qrup üzrə 400 bal toplayan yeganə abituriyent: “İmtahanlar ərəfəsində də əyləncələrimdən qalmırdım”

21:42 21-07-2019 | icon 452 | Təhsil
II qrup üzrə 400 bal toplayan yeganə abituriyent: “İmtahanlar ərəfəsində də əyləncələrimdən qalmırdım”

Builki qəbul imtahanlarında maksimum nəticə göstərən abituriyentlərin sayı ötən illərdəkindən xeyli az oldu. II ixtisas qrupu üzrə bu sevindirici və qürurverici nəticəni yalnız 1 abituriyent əldə edib.

 

Versus.Az xəbər verir ki, həmin abituriyent - Səfərov Qorxmaz Seyfəddin oğlu 28 yanvar 2003-cü ildə Bakı şəhərində anadan olub. Əslən Ağdam rayonunun Mərzili kəndindəndir. 2019-cu ildə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Kəlbəcər rayon 56 saylı tam orta məktəbi Fərqlənmə attestatı ilə bitirib. 19 may 2019-cu ildə keçirilən qəbul imtahanlarında Azərbaycan bölməsi, II qrup, B variantı üzrə iştirak edib.

 

Riyaziyyat, coğrafiya və tarix fənlərinin hər birindən maksimum nəticə əldə edərək ən yüksək göstəriciyə - 400 bal qazanmağa nail olub. Bir daha xatırladırıq ki, bu göstərici ilə Qorxmaz Səfərov 2019-cu ildə II ixtisas qrupu üzrə yeganə abituriyentdir.

Qorxmaz 14 aprel 2019-cu ildə iştirak etdiyi buraxılış imtahanında da xeyli yüksək – 274.6 bal toplayıb. Beləliklə, o, ixtisas seçiminə olduqca əlverişli bir göstərici olan 674.6 balla gedir. /azedu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı