Bakıda 700-dən çox müəllimə təlim keçiriləcək - FOTO

12:18 28-08-2019 | icon 442 | Təhsil
Bakıda 700-dən çox müəllimə təlim keçiriləcək - FOTO

Paytaxt müəllimləri üçün "İnklüziv sinifdə təlimin təşkili" mövzusunda ixtisasartırma təlimləri keçirilir.

 

Versus.Az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, təlimlər Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondunun (YUNİSEF) birgə əməkdaşlığı çərçivəsində reallaşdırılır.

İxtisasartırma təlimlərinə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə fəaliyyət göstərən 700-dən çox ibtidai sinif müəlliminin cəlb olunması nəzərdə tutulur. Təlimlər hər qrup üzrə 6 gün davam edəcək.

Təlimi uğurla tamamlamış müəllimlər yekun qiymətləndirmədə iştirak edərək sertifikatla təltif olunacaq.

 

Təlimlərin keçirilməsində əsas məqsəd İnklüziv təhsil sahəsində müəllimlərin əlavə təhsilinin təşkili barədə Təhsil nazirinin əmrinin icrasını təmin etməkdən ibarətdir. İxtisasartırma təlimləri BMT-nin Uşaq Fondu tərəfindən icra edilən "Azərbaycanda əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi" və "Regional İnkişaf" İctimai Birliyi tərəfindən icra edilən "Müəllimlərin inklüziv təhsilə hazırlığının təmin edilməsi" layihələrinin tərkib hissəsidir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...