Azərbaycanlı şagird Avropa İnformatika Olimpiadasında gümüş medal qazandı
Sloveniyanın Maribor şəhərində Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (EJOİ2019) keçirilir.
Versus.Az xəbər verir ki, Azərbaycanlı məktəblilərin qatıldığı müsabiqədə Türkiyə, Belçika, Rusiya, Bolqarıstan, Xorvatiya, Estoniya, Fransa, Gürcüstan, Yunanıstan, Macarıstan və digər ölkələrin nümayəndələri də iştirak ediblər.
Ölkəmizi təmsil edən Əziz Hüseynov olimpiadada uğurla iştirak edərək gümüş medala layiq görülüb.
Əziz Hüseynov Xəzər Universitetinin nəzdindəki “Dünya” məktəbinin X sinif şagirdidir.
Qeyd edək ki, avqustun 23-də başlayan olimpiada bu gün başa çatır.
Versus.Az
Xəbər lenti
Səsli mesajlar mətnə çevrilir
"WhatsApp"dan möhtəşəm funksiya gəldi