LDU yeni tədris ilini sürprizlərlə qarşılayır

16:13 03-09-2019 | icon 1321 | Təhsil
LDU yeni tədris ilini sürprizlərlə qarşılayır

2019-2020-ci tədris ili Lənkəran Dövlət Universitetinin həyatında ən əlamətdar il kimi yaddaqalan olacaq. Bu il universitet tələbələrini xoş sürprizlərlə qarşılayır. Ən ürəkaçan yenilk cari tədris ilində iki yeni tədris korpusunun və 160 yerlik yeni yataqxana binasının inşa olunub tələbələrin istifadəsinə  verilməsidir. Nəzərə alanda ki, hazırda LDU-da paytaxt Bakı da daxil olmaqla, ölkənin bütün regionlarından tələbələr təhsil alır, onda yeni yataqxana binasının necə böyük əhəmiyyət daşıdığı aydın olur.

 

Versus.Az xəbər verir ki, bu barədə Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Natiq İbrahimov məlumat verib.

 

N.İbrahimov bildirib ki, yeni yataqxana binası tam modern uslubda inşa olunub və burada tələbələrin rahat yaşamaları, istirahət etmələri üçün hər cür şərait yaradılıb. Yataqxana binasının fasiləsiz internetlə təmin olunması, burada  kitabxananın, idman, istirahət otaqlarının yaradılması tələbələrin rahat təhsil almalarına imkan verəcək:

 

“Yeni tədris korpuslarının inşa olunması da  cari tədris ilinin ürəkaçan yeniliklərdəndir. Məlumat üçün bildirim ki, son illərdə  Lənkəran Dövlət Universitetinə tələbə qəbulu təqribən  iki dəfədən çox artıb. Təkcə bu il LDU-ya 30 ixtisas üzrə 1200-ə qədər tələbə qəbul olunub ki, bu da universitet tarixində rekord nəticədir”.

 

N.İbrahimov qeyd edib ki, bölgədə pedaqoji ixtisaslar üzrə mütəxəssislərə olan tələbatı ödəmək məqsədilə bu ildən fizika müəllimliyi, riyaziyyat müəllimliyi, təsviri incəsənət müəllimliyi ixtisasları üzrə kadr hazırlığı həyata keçiriləcək:

 

“Ölkənin ən gənc tələbəsi də LDU-da təhsil alacaqdır. Lənkəran rayonunun Şilavar kənd sakini, 15 yaşlı Miryusif Feyzullazadə universitetimizin turizm və otelçilk ixtisasına dövlət sifarişi əsasında qəbul olunub”.

 

N.İbrahimov onu da vurğulayıb ki, yeni istifadəyə veriləcək 5 mərtəbəli  tədris binasında universitetin Təbiyyat fakültəsinin tələbələri dərslərini keçəcəklər:

 

“Yeni tədris korpusunda müasir tipli kimiya və biologiya tədris labaratoriyaları Almaniya istehsalı olan modern avadanlıqlarla, qurğularla təmin edilib. Tələbələrin informatika dərslərini yüksək səviyyədə keçmələri üçün tədris korpusunda yeni kompyüterlərlə təchiz olunmuş informatika kabinetləri yaradılıb, dərs otaqlarında elektron lövhələr quraşdırılıb.

Universitetin I saylı tədris korpusu da yeni tədris ili üçün əsaslı təmir olunub”.

 

N.İbrahimovun sözlərinə görə, LDU-nun bütün tədris korpuslarında dərslər yeni tədris ilindən müasir səviyyədə qurulmuş dərs otaqlarında keçiriləcək:

 

“Universitetin 4 fakültəsi -  Təbiyyat, İqtisadiyyat və idarəetmə, Humanitar, Aqrar və mühəndislik fakültələrinin hər biri cari tədris ilindən ayrıca korpuslarda yerləşdirilib. Hər bir fakültəyə aid olan laboratoriyalar müasir səviyyədə yeni tədris binalarında quraşdırılıb. Elmi biliklərin təcrübədə tədbiqinə nail olmaq və aqrar yönümlü kadrların praktik hazırlıq səviyyəsini yüksəltmək məqsədilə Lənkəran Dövlət Universitetində fəaliyyət göstərən “Aqrar və mühəndislik” fakültəsinin tələbə-müəllim heyətinin iştirakı ilə tədris-təcrübə təsərrüfatında yazlıq və payızlıq əkinlər keçirilir, sitrus bağı və çay plantasiyası salınıb”.

 

N.İbrahimov universitetdə eyni zamanda yeni istifadəyə verilmiş müasir tipli “Baytarlıq”, “Baytarlıq cərrahiyəsi”, “Qida məhsulları texnologiyası” və “Qida təhlükəsizliyi və ekologiyası”  laboratoriyaları yeni tədris ilinə tam şəkildə hazırlandığını və cədvəl üzrə Baytarlıq və Qida məhsulları mühəndisliyi ixtisaslarının labaratoriya işlərinin aparılmasının orada nəzərdə tutulduğunu dedi. Bildirdi ki, universitetdə bakalavriat və magistratura səviyyələri üzrə bütün ixtisasların tədris planları yenidən işlənərək hazırlanılıb. Burada fənnlərin semestrlər üzrə keçirilmə ardıcıllığı və peşə hazırlığı üzrə seçmə fənllər dəyişdirilərək ixtisasların spesfikasına uyğunlaşdırılıb:

 

“Universitet keçən tədris ilində ikili diplom proqramı üzrə Azərbaycan Dövlət İqtisad Universiteti ilə ikitərəfli müqavilə imzalayıb. Artıq bu tədris ilində İqtisadiyyat və Biznesin idarə edilməsi ixtisasları üzrə iki tələbəmiz Azərbaycan Dövlət İqtisad Universitetində həmin proqram əsasında təhsillərini davam etdirəcək.

Xatırladım ki, Lənkəran Dövlət Universiteti ötən tədris ilinədək Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı üzrə pilot lahiyənin iştirakçısı olub. Bu tədris ilində də bu istiqamətdə işləri davam etdirəcəyik. Cari tədris ilindən LDU-nun regionun bir neçə orta məktəbini himayəyə götürlməsi məsələsi də öz həllini tapacaq”.

 

Qəbulun nəticəsindən sonra dərs yüklərinin bir daha nəzərdən keçirilərək tam olaraq müəllimlər arasında bölgüsünün aparıldığını deyən N.İbrahimov vurğuladı ki, tədris prosesində müəllimləri həvəsləndirmək məqsədilə yeni tədris ilindən əmək haqları diferensial qaydada hesablanacaq ki ,bu da müəllimlər arasında sağlam rəqabətin yaranmasına və nufuzlu elmi jurnallarda dərc etdikləri elmi məqalələrin sayca və keyfiyyətcə  artmasına şərait yaradacaq.

 

Ağanisə Sultan
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...