Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

11:47 06-09-2019 | icon 702 | Təhsil
Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi Avstriyanın Vyana şəhərində qeyd ediləcək.

 

BDU-dan Versus.Az-a verilən məlumata görə, tədbir 2019-cu il 9 sentyabr tarixində BDU və Azərbaycanın Avstriyadakı səfiriliyin tabeliyində Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq.

 

Tədbirdə universitetin 100 illik tarixini özündə dolğun şəkildə əks etdirən video-çarx göstəriləcək, foto-sərgi təşkil olunacaq.

Musiqiçilərin təqdimatında konsert proqramının da nəzərdə tutulduğu tədbirdə universitetin nümayəndə heyəti, o cümlədən dəvətli qonaqlar iştirak edəcək.

 

Qeyd edək ki, 2019-cu il 12 iyun tarixində UNESCO-nun Parisdəki Baş qərargahında 100 illiyi qeyd edilən Bakı Dövlət Universitetinin yubileyi ilə bağlı ölkədə və xaricdə çoxsaylı elmi, mədəni, kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulub.

 

CƏSARƏT
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR