Məişət zorakılığının iqtidarı, müxalifəti olmur

13:03 20-09-2019 | icon 1037 | Köşə
Məişət zorakılığının iqtidarı, müxalifəti olmur

Bu zehniyyətlə "avanqardlıq" eləmirlər, cənablar!

 VÜSALƏ MAHİRQIZI

 

Bir müddət əvvəl Fuad Qəhrəmanlının kiçik qızı Sənay Qəhrəmanlı küçədə hücuma məruz qalmışdı. Onda Fuad da, Zümrüd də, başqaları da haqlı olaraq buna etiraz edirdilər, gəncin cəzalanmasına da nail olundu. Cəmiyyət, aktivistlər, media da olaya etiraz edirdi və əlbəttə, doğru edirdi.

 

Yadımdadı, məktəbli Elina ilə bağlı anım mərasiminin də ən fəal aktivistlərindən biri elə Sənay idi. Onda da doğru eləmişdi.

Elinanı da intihara aparan başlıca səbəb ailədaxili münaqişə, ailə sevgisindən məhrum olmaqdır.

 

İndi məlum olur ki, bu uşaqlar ailə içində illərdir ki, atalarından işgəncə görürlər, hər halda 18 yaşında, yetkinlik yaşına çatmış bir qız bunu deyir. Təkcə demir, həm də dəfələrlə israr edir, ailənin digər fərdləri təsdiqləyir, ailəni tanıyan adamlar təsdiqləyir, cəmiyyət yenə də haqlı olaraq etiraz edir. Çünki məişət zorakılığının iqtidarı, müxalifəti olmur. Və heç bir məişət zorakılığı "ailədaxili məsələ" deyil. Ona görə də bu məsələdə yalnız bir doğru yol var, səhvi görmək, etiraf eləmək, üzr istəmək, ağrını sağaltmağa çalışmaq.

 

Burda " rejim, iqtidar, nə bilim məsələdən istifadə-filan" keçmir. Hələ "iqtidar mediasında belə yazılıb" kimi düşük ifadələr... İqtidar mediası yazmayıb, evinizdə böyütdüyünüz, ağrısını dilə gətirməyə, nəhayət ki, cəsarət tapan və nə yaxşı ki, tapan övladınız deyir. Bu zehniyyətlə "avanqardlıq" eləmirlər, cənablar. Bütün azadlıqlar fərdin azadlığından, bütün sayğılar şəxsə, onun düşüncəsinə, insan olmasına, cinsinə, təfəkkürünə, ailə içindəki mövqeyinə sayğı və dözümdən başlayır. Bunu bacarmayanların danışdığı hər şey nağıldı...

 

Dostlar, mən heç kimin ailədaxili münasibətini müzakirə etmək istəmirəm. Ailə elə bir yerdir ki, ordakı həqiqəti bilmək mümkün deyil. Mənə maraqlı olan məsələ ictimailəşəndən sonra ailə fərdlərinin mənsub olduğu siyasi düşərgənin məsələyə olan qeyri-adekvat münasibətidir. Qalanını özləri bilərlər, əgər ailə problemi varsa, bu, heç vaxt təktərəfli olmur. Bu həqiqətdir. İçəridə nə baş verdiyi bizi maraqlandırmaz.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol