Qızlarınızın dizini sındırmayın
...Çünki o dizində sizin nəvənizi oturdacaq
AZƏR QİSMƏT
Hər bir ailədə problem olur. Mübahisələr, gərginliklər. Bütün kişilərin həyat yoldaşına qışqırdığı, hərdən itələdiyi, lap bir dəfə əndazəni keçib sillə vurduğu da baş verib...
İki gündür ki, Fuad Qəhrəmanlının ailəsindəki hadisələr müzakirə olunur. Bəlkə də qarışmazdım, o vaxta qədər ki, ailə sirri ailədə qalardı. Əgər ictimaiyyət arasına çıxıbsa, fikir bildirmək olar.
Soz deyilir ki, ailəsini idarə edə bilməyən, hakimiyyəti də idarə edə bilməz. Bu mubahisəli məsələdir, qoyuram kənara. Söz deyilir ki, Fuad Qəhrəmanlının həyat yoldaşı sarıdan bəxti gətirməyib. Bunu da qoyuram kənara, cunki hər bir kişinin hec də həmişə bəxti gətirmir. Məni dəhşətə gətirən məqam odur ki, bu insan doğma qızının dizini sındırıb. Atanın varlığı olan qızının. Atanın əl vurmağa ürəyi gəlmədiyi doğmasının dizini sındırmaq...
Atalar görmüşəm ki, ən çılğın, ən ərköyün qızlarını sözlə anlatmağa calışıblar, daha dizini sındırmayıblar. Söhbət belə siyasətçilərin gələcəkdə ümumilikdə qaďınlara münasibətinin manyakvari olacağından, yanaşacağından gedir.
Mən gözlədim ki, çıxıb üzr istəyəcək, ya qızına deyəcək ki, "qızım, etdiklərimə görə bağışla, sənə haqsız olmuşam". Amma sən ata çıxıb dedin ki, "qızımın profilini sındırıblar". Tamam hörmətini itirdin.
İşin dəhşətli tərəfi həm də onda oldu ki, muxalif gənclər Selcanı qəlyan tüstülədən və başqa pozğun kollajlarla biabır etdilər. Ən azından arxasınca getdikləri siyasətçiyə hörmət əlaməti olaraq dözməli idilər. Lakin o hörmət olunmadı. Gözləri qan örtdü, baxmadılar ki, bu kimin qızıdır.
Deməli, aqressiya bütün mənəvi dəyərləri ayaq altına atmaq gücündə olurmuş.
Qızlarımızı sevək. Sevək ki, o da öz uşağına sevgi ötürsün. Qızlarınızın dizini sındırmayın. Çünki o dizində sizin nəvənizi oturdacaq.
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...