Məişət zorakılığı “ev bizim sirr bizim” komediyası deyil

09:42 21-09-2019 | icon 1057 | Kürsü
Məişət zorakılığı “ev bizim sirr bizim” komediyası deyil

Zorakılığın qurbanları da, zorakılığı tətbiq edən də ictimi şəxslərdir

 

MEHRİBAN ZEYNALOVA

 

Bir gənc qızın zorakılığa qarşı səsini qaldırması, bütün cəmiyyətin zorakılığa münasibətini aşkarladı. Məlum oldu ki, qadına qarşı zorakılıqla mübarizə “şüar” olaraq qalır...

 

Biz köhnə sterotiplərin zəncirləri ilə özümüzü o qədər buxovlamışıq ki, o qızı müdafiə etmək, yardım, dəstək vermək əvəzinə səsini öz səsimizlə batırıb, onu cinayətkar çıxarmaq dərəcəsinə yüksəlmişik.

Şiddətin ağrısını şiddətlə ovuduruqmu? Budurmu bizim yüksək prinsiplərimiz, qanunun aliliyi, insan haqları devizimiz? Budurmu bizim cəmiyyəti sivil və fərqli etmək istəyimiz?

 

İki gündür müşahidə etdiklərim əsas verir ki, digər qadınlarla bağlı zorakılıq hadisələrinə qarşı çıxanlar bu gün zorakılığı müdafiə edir, onu dəstəkləyir. “Ev içi”, “başqasının ailəsinə müdaxilə”, “şəxsi həyatın toxunulmazlığı” kimi ifadələr zorakılığıa bəraət verən sterotiplərdir, miflərdir. Məişət zorakılığı “ev bizim sirr bizim” komediyası deyil. Bu, insan və qadın haqlarının kobud pozulmasıdır. Şəxsiyyətə qarşı cinayətdir. Zorakılıq sirr deyil, cinayətdir. Onu sirr kimi ört basdır etməklə cinayətin iştirakçısına çevrilməkmi istyərisiniz?

 

Baş verən hadisə sıradan bir zorakılıq hadisəsi deyil, ictimai və sosial yüklüdür. Çünki zorakılığın qurbanları da, zorakılığı tətbiq edən də ictimi şəxslərdir.

Çox ciddi mesaj dayanır bu zorakılığın aktının arxasında. Zorakılığa susqunluq, zorakılığa dəstək, zorakılığın təbliği.

 

Mən zorkaılığı rədd edirəm! Onun bəraəti yoxdur! Susmaq, təbliğ etmək, müdafiə etmək cinayətdir! Mən bu cinayətdə iştirak etmək istəmirəm!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI