İranda orta məktəblərdə Azərbaycan dilinin tədrisinə başlanır

10:07 23-09-2019 | icon 447 | Təhsil
İranda orta məktəblərdə Azərbaycan dilinin tədrisinə başlanır

Bu gündən İranın Şərqi Azərbaycan vilayətinin bəzi orta məktəblərində Azərbaycan dilinin tədrisinə başlanacaq.

 

Versus.Az xəbər verir ki, bunu İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin təhsil və təlim idarəsinin baş direktoru Cəfər Paşayi deyib.

C.Paşayinin sözlərinə görə, bu barədə vilayətin təhsil-təlim şurasında qərar verilib.

 

Direktor əlavə edib ki, qərara əsasən Azərbaycan dilinin tədrisi pilot layihə çərçivəsində həftədə iki saat olacaq.

İdarə rəsmisi artıq məktəblər və müəllimlərin sayının müəyyənləşdiyini deyib.

 

Şərqi Azərbaycan vilayətinin orta məktəblərində Azərbaycan dilinin tədrisinin əhəmiyyətini vurğulayan Paşayi bildirib ki, İran konstitusiyasının 15-ci maddəsi yerli dillərin tədrisinə imkan verir.

 

İranın Ərdəbil vilayətinin islam şurasının sədri Yaqub Haşemi şuranın iclasında deyib ki, Ərdəbildə Azərbaycan dilinin tədrisi diqqət mərkəzində durmalıdır.

Y.Haşeminin sözlərinə görə, İran konstitusiyasına əsasən, Azərbaycan türkcəsi tədris edilməlidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...