Cəmiyyətdə AİLƏ məsuliyyəti və...

15:35 24-09-2019 | icon 1298 | Köşə
Cəmiyyətdə AİLƏ məsuliyyəti və...

İctimaiyyət ailə institutlarının daxilində cərəyan edən neqativlərə biganə qala bilməz

 TAHİRƏ QAFARLI

 

Əgər bir EVdə baş verənlərdən qonşu da narahat olursa, artıq bu, ictimai məsələdir və ailə kontekstindən kənara çıxımış hesab olunur. Ailə böyük fəlsəfəsi olan məfhumdur. Kiçik ailələr bütövlükdə cəmiyyəti formalaşdıran modellər olduğuna görə, hər zaman öz davranışlarına görə - mənfiləri, müsbətləri ilə ictimaiyyət qarşısında hesabatla çıxış etməyə məcburdur və bu bir tələbdir.

 

Heç təsadüfi deyil ki, sivil dövlətlərin hər birində insan hüquqlarının müdafiəsi, ayrı-ayrılıqda uşaq, qadın, gənc, ahıl, bütövlükdə ailələrin müxtəlif formalı müdafiəedici və bərpaedici qurumları yaradılıb. Bu da bir daha təsdiq edir və bizə xatırladır ki, ailə nə qədər qapalı bir institut kimi toxunulmaz hesab edilsə də, eyni zamanda cəmiyyətin ən diqqətdə saxladığı mühüm və qorunan hissəsi kimi daha çox mühafizə, eyni zamanda müdaxilə olunan strukturudur. Çünki kiçik ailələrdən formalaşan cəmiyyət özü öz formasını ailə institutlarının möhkəm özülü üzərində qura bilir.

 

İctimaiyyət ailə institutlarının daxilində cərəyan edən neqativlərə, parçalanmalara biganə qala bilməz. Bir sözlə, ailələrdə baş verən müsbətlərə, neqativlərə ictimai müdaxilə aksiomadır. Buna kimin hansı rakusdan - sosial, siyasi, maddi-mənəvi, ruhi rakusdan baxmasından, daha çox fərdiləşdirməyə çalışmasından asılı olmayaraq bu belədir.

VƏ kimsə qonşu bir ailədə baş verən və əslində yaxın, daha sonra geniş çevrədə cəmiyyətin mənəvi sütununu zədələyən problemə "DAXİLİ İŞi" deyirsə, o, ya emossianallığın təsiri ilə düşünə bilmir, yaxud kor-koranə zorakılığa haqq verir, ya da problemə sadistcəsinə yanaşır, bunu təbii sayır. Kiçik bir haşiəyə çıxmaqla məsələyə bir qədər də aydınlıq gətirmək istərdim.

 

Ailəni bir orqanizm hesab etsək, hansı ki, o, həqiqətən də bir orqanizmdir, təsəvvür edin ki, Onun dişi ağrıyır. Bu zaman nə baş verir; bütün bədən o ağrıya cavab verir və mütləq şəkildə kənar müdaxiləyə ehtiyac zərurəti yaranır.

Yaxud, gənc ailə hansı şərtlərlə qurulur, buna duqqət çəkin. İstər sevgi, istər razılaşma ilə olsun, onun doğurduğu enerji müəyyən bir çevrədə paylaşılır və müxtəlif formalı müzakirələrdən sonra nəhayət ki, bir ortam, bir ailə qurulur.

 

Niyə qurulan bir Ailəni bir kəndin, bir şəhərin, dostların şahidliyi ilə yaradırıq?. Bu prosesin fərqinə vardınızmı? O insanların sizin ailənin qurulmasında iştirakı nə sanırsız, bu bir əyləncəmi?! Əlbəttə ki, yox!!! Bu, ailənin formalaşması prosesində cəmiyyətin, ictimaiyyətin üzərinə yeni məsuliyyət yükü götürməsinin göstəricisidir. Cəniyyətin O ailəni birbaşa qoruyacaq məsuliyyətini öz üzərinə götürməsi və eyni məsuliyyəti qarşı tərəfin öhtəliyinə buraxmasıdır.

 

"Ailə mənimdir, orda nə istəsəm edərəm; vuraram, çaparam, öldürərəm, sevərəm özüm bilərəm, başqaları qarışa bilməz"- deyənlər diktatorlardır və cəmiyyət içində doğulduqlarını unudurlar. Heç şübhəsiz ki, onu deyənlər özlərinə qarşı olan haqsızlığı heç vaxt qəbul etməzlər. Balaca bir ailədə diktatorluq edənlər yanıldıqlarını özlərinə qarşı baş verən belə hallara görə ictimaiyyətdən dəstək almağa çalışdıqları zaman anlayırlar.

Qeyd etdiyim kimi, insanlar nə qədər fərdiyyətçi olsalar da "mən, mən" desələr də, son sözü ictimai fikir və son anda onun bu münasibətini qoruyan ali qanunverici, idarəedici strukturlar deyib və deyəcək.

 

Ailədə baş verən şiddətə görə ictimaiyyətdən gələn təpkilərə qarşı susqun dayanmaq özü də bir cinayətdir və bunu görüb susqun dayanmanı cəmiyyətə qarşı şiddət hesab edirəm və bu fikrim dəyişməz. Eyni zamanda bu, laqeydlik, biganəlikdir. Eyni zamanda bir ictimai-siyasi şəxsin evində ailəsinə qarşı zorakılıq varsa və artıq bu, ailə divarlarını aşıbsa, ailə üzvləri susmursa, "başqasının Ailə işlərinə müdaxilə etməyin" deyərək, ictimaiyyəti susdurmaq istəyənlər çox yanılırlar.

Bu susqunluq nə mühafizəkarlıqdır, nə cəsurluq, nə də mənəvi baxımdan doğru deyil. Neqativlərə “daxili iş”, “mənlik deyil, “mənə nə”- deyib keçənlər, yaxud susqunluğuna müxtəlif “donlar” geydirənlər, istənilən haqsızlığa susacaq və susurlar.

 

Düzdür, bəlkə də bir fərd olaraq əlində elə bir hüquqi səlahiyyətin yoxdur ki, mövcud problemlərə qarşı çıxış edə biləsən. Lakin hər bir vətəndaşın ictimai fikrə qoşulma, neqativləri qınama kimi bir haqqı var və heç kəs cəmiyyətin mənəvi dəyərlərinə zərər gətirən məsələlərə qarşı laqeyd qalmamalıdır. Laqeyd qalırsa, ən böyük cinayəti o törətmiş olur.

 

Baxın son tarixə. Məktəbli, gənc qızlar intihar etdilər - məktəbdə, evdə... Sizcə niyə və bunların günahı, günahkarı kimdir?! Məhz sizin laqeydlik, biganəlik, "mənim deyil, məndən ötdü" deyib, keçməniz və yaxud da düşüncəsiz münasibətlərinizdir.

Bu gün bir siyasətçi ailəsində neqativlər var və iş o həddə çatıb ki, qız övladı atadan imtina edir. Bu bütövlükdə cəmiyyətin faciəsidir, bəlasıdır. Başqa bir bəla isə o qıza qarşı buğuburma kişilərin, çatmaqaş xanımların göstərdiyi tənqidi reaksiyaların “dedi-qodu” tipli yanaşmasıdır. Yaxud, əgər sizlər, cənab siyasətçilər, hakimiyyəti idarə etmək gücündə olduqlarını boğaz yırta yırta bağıranlar, zamanında "dost" olub, sirdaş olub, bu məsələlərə biganə qalmasaydınız, Selcan Atasından imtina etməz, onu sevər və ailə bütövlüyü qorunardı. Amma etmədiniz, çünki sizlərin xarakterində diktatorluq daha çox hökmranlıq edir, “daxili iş” deyib, ötüb keçmək daha asandır.

Cənablar, "qonşuda baş verənlərə görə bu cür laqeyd qalmayın, qorxun, çünki bu, sizin ailədə də baş verə bilər. Və bu cəmiyyətin bir fərdi olaraq, məni öz neqativləri ilə narahat edən hallara qarşı "yersiz müdaxilədə" ittiham edə, günahlandıra bilməzsiniz. Əgər bu gün kimlərsə baş verənlərə qarşı tənqidlə yanaşırsa, buna "Hansı donu" geyindirsəniz də alınmayacaq. Çünkü bu gün danışmaq məcburiyyətini mənə sizlər - zorakılığa əl atanlar, onu müdafiə edənlər və selcanların, aysellərin, elenaların faciəsi verdi. Çünki məhz sizlər ailə dramının səhnəyə çıxıb nümayiş olunmasına şərait yaratdınız. Ailədə tərəflərin hansı nöqsanlarının olmasından asılı olmayaraq vəziyyətin bu həddə gəlməsində siz günahkarsız, sizin laqeydliyiniz, biganəliyiniz, diktator xarakteriniz... Unutmamalıyıq ki, Ailələrin qorunması və mühafizə olunmasının məsuliyyəti də məhz Cəmiyyətin üzərindədir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı