ADU-da İngilis dili mütəxəssisləri üçün yeni təlimlər başlayır

14:56 27-09-2019 | icon 468 | Təhsil
ADU-da İngilis dili mütəxəssisləri üçün yeni təlimlər başlayır

Azərbaycan Dillər Universiteti (ADU) keyfiyyətli təhsil proqramı ilə ölkənin seçilən ali məktəbləri sırasındadır.

 

Müasir standartlara cavab verən universitet hər zaman dövlətə və dövlətçiliyə sədaqət ruhunda gənc nəsil yetişdirir. ADU-nun nəzdində fəaliyyət göstərən Dil və Tərcümə Xidmətləri Mərkəzi də bu istiqamətdə atılan addımlardan biridir. Universitetin rektoru,xalq yazıçısı, akademik Kamal Abdulla tərəfindən mərkəzin qarşısında önəmli məqsədlər qoyulub. Bu məqsədlərdən biri də müəllimlərin yüksəkixtisaslı kadr kimi yetişməsi üçün beynəlxalq təhsil sistemində ən qabaqcıl təlimlər təşkil etməkdir.

 

Azərbaycanda ingilis dili mütəxəssislərinə, umumiyyətlə ingilis dilini öyrənənlərə və müəllimlərə dəstək üçün bir sıra layihələr təşkil edilir. Mərkəz ingilis dili üzrə tədris proqramlarını təlim sessiyaları vasitəsilə həyata keçirir. Məqsəd dil öyrənənlərin, eləcə də müəllimlərin ingilis dili bacarıqlarını artırmaq və onlara yeni perspektivlər təklif etməkdir. Bu məqsədlə mərkəzdə indiyədək TKT – “Teaching Knowledge Test” (tədris bilik və bacarıqları üzrə test) təlimi, akademik yazı və oxu təlimi, APTİS test təlimi, “Peşəkar tərcümənin əsasları” silsiləsindən təlim, “Diplomatik tərcümə” üzrə təlim təşkil olunub. Təlimlərdə ümumilikdə 250 nəfər iştirak edib. Təlimlər Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti və Avrasiya Universiteti ilə əməkdaşlıq çərçivəsində reallaşıb. Bu ali məktəblərdən tələbə və müəllimlər mərkəzdə keçirilən təlimlərdə fəal iştirak edib və sonda sertifikatlarla təltif olunublar.

 

Müəllimlər üçün Aptis test təlimi – Bu proqram bütün dünyada müəllimlərin ingilis dili bacarıqlarını yoxlamaq üçün Təhsil Nazirlikləri və təhsil müəssisələri tərəfindən istifadə edilə bilən bir təlimdir. Bu, məxsusi olaraq təhsil sektoru üçün işlənib hazırlanmışdır; tam olaraq mövcud sistemlərə inteqrasiya oluna və yerli qaydada idarə edilə bilər ki, bu da müəllimlərin ingilis dili səviyyəsinin vaxt keçdikcə müşahidə edilməsinə və təlim proqramlarının uğurunun effektiv şəkildə ölçülməsinə imkan verir.

 

HANSI NÖV MÜƏSSİSƏLƏR APTİS TESTİNDƏN İSTİFADƏ EDİRLƏR?

Aptis-dən istifadə edən müəssisələrin sırasına nazirliklər, universitetlər, dil məktəbləri, beynəlxalq və özəl məktəblər daxildir.

APTİS test təlimi dil daşıyıcısı olmayan ingilis dili müəllimləri üçün peşəkar tədris bilik və bacarıqları üzrə test imtahanıdır. Bu, tədris təcrübəsindən asılı olmayaraq bütün müəllimlər üçün ideal bir şansdır.

Müəllimlər üçün Aptis proqramının test məzmunu konkret olaraq müəllimlərə aiddir və suallar müəllimlərin hər gün rastlaşdıqları mövzu və ssenariləri əhatə edir. Nəticədə, suallar namizədlərə tanış gəlir və onlar sualın məzmununa deyil, konkret olaraq dilə fokuslana bilirlər.

 

MÜƏLLİMLƏR ÜÇÜN APTİS PROQRAMI AŞAĞIDAKILARIN TEST EDİLMƏSİ ÜÇÜN İSTİFADƏ OLUNA BİLƏR:

Bütün dünyada universitetlərdə və məktəblərdə dərs deyən ingilis dili müəllimləri,

Bütün dünya universitetlərində və məktəblərində dərs deyən digər fənn müəllimləri,

Geniş miqyaslı dil proqramlarının, o cümlədən kommersiya xarakterli proqramların ingilis dili müəllimləri,

Müəllimlərin təlimi və ya universitet proqramlarının tələbələri,

Təhsil sahəsində çalışan digər mütəxəssislər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...