İşğal altında olan rayonlarımızın ötənilki qəbul göstəriciləri - RƏQƏMLƏR
Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi “Abituriyent” 12 jurnalında 2018-2019-cu tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanların nəticələrinin elmi-statistik təhlili yer alıb.
Versus.Az həmin jurnala istinadən işğal altında olan rayon məktəblərində təhsil alan abituriyentlərin 2018-ci ildə qəbul imtahanlarında göstərdikləri nəticələrin statistikasını təqdim edir:
Ağdam rayonu
Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 576 məzunu (imtahanlarda iştirak edənlərin 56.75%-i) tələbə adını qazanıb. Onların 18.58%-i (107 nəfəri) dövlət, 0.52%-i (3 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 74.31%-i (428 nəfəri) dövlət, 6.60%-i (38 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub.
Qəbul imtahanlarında 114 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən 9, 11, 15, 27, 137 saylı, Təzəkənd kənd, Erki kənd, Hacıməmmədli kənd və 152 saylı köçkün tam orta məktəblərinin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb.
110 saylı tam orta məktəbin bir məzunu belə ali təhsil müəssisələrinə qəbul üçün sənəd verməyib.
Cəbrayıl rayonu
Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 315 məzunu (imtahanlarda iştirak edənlərin 57.17 %-i) tələbə adını qazanıb. Onların 15.24%-i (48 nəfəri) dövlət, 0.32%-i (1 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 77.46%-i (244 nəfəri) dövlət, 6.98%-i (22 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub.
Rayon məzunlarının 62 nəfəri 500-dən, o cümlədən 22 nəfəri 600-dən yuxarı bal toplayıb.
Füzuli rayonu
Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 437 məzunu (imtahanlarda iştirak edənlərin 52.71%-i) tələbə adını qazanıb. Onların 11.44%-i (50 nəfəri) dövlət, 0.23%-i (1 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 84.90%-i (371 nəfəri) dövlət, 3.43%-i (15 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub
Rayon məzunlarının 91 nəfəri 500-dən, o cümlədən 33 nəfəri 600-dən yuxarı bal toplayıb.
Qəbul imtahanlarında 71 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən Qazaxlar kənd tam orta məktəbinin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb.
43 saylı və Dilağarda qışlaq kənd tam orta məktəblərinin bir məzunu belə ali təhsil müəssisələrinə qəbul üçün sənəd verməyib.
Araz Dilağarda kənd və 55 saylı tam orta məktəbləri abituriyentlərinin I-IV qruplar üzrə topladığı orta bal 100-dən aşağıdır.
Xocalı rayonu
Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 37 məzunu (imtahanlarda iştirak edənlərin 44.05%-i) tələbə adını qazanıb. Onların 2.70%-i (1 nəfəri) dövlət ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 94.59%-i (35 nəfəri) dövlət, 2.70%-i (1 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub.
Rayon məzunlarının 8 nəfəri 500-dən, o cümlədən 3 nəfəri 600-dən yuxarı bal toplayıb.
Abituriyentlərin göstəriciləri bal intervalları üzrə aşağıdakı kimi paylanıb:
0-99 intervalında 37.66% (29 nəfər), 100-199 intervalında 19.48% (15 nəfər), 200-299 intervalında 18.18% (14 nəfər), 300-499 intervalında 14.29% (11 nəfər), 500-dən yuxarı 10.39% (8 nəfər). Beləliklə, rayon abituriyentlərinin yalnız 24.68%-i 300-dən yuxarı bal toplayıb.
Xocavənd rayonu
Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 61 məzunu (imtahanlarda iştirak edənlərin 58.65%-i) tələbə adını qazanıb. Onların 18.03%-i (11 nəfəri) dövlət ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 68.85%-i (42 nəfəri) dövlət, 13.11%-i (8 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub.
Rayon məzunlarının 9 nəfəri 500-dən, o cümlədən 1 nəfəri 600-dən yuxarı bal toplayıb.
Rayonun attestat qiymətləri əla olan abituriyentlərindən 12.50%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 25.00%-dir.
Kəlbəcər rayonu
Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 493 məzunu (imtahanlarda iştirak edənlərin 55.58%-i) tələbə adını qazanıb. Onların 16.63%-i (82 nəfəri) dövlət, 0.41%-i (2 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 78.30%-i (386 nəfəri) dövlət, 4.67%-i (23 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub.
Rayon məzunlarının 95 nəfəri 500-dən, o cümlədən 35 nəfəri 600-dən yuxarı bal toplayıb.
Qəbul imtahanlarında 93 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən 8, 42, 64 və 70 saylı tam orta məktəblərin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb.
105 saylı tam orta məktəbin bir məzunu belə ali təhsil müəssisələrinə qəbul üçün sənəd verməyib.
Qubadlı rayonu
Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 269 məzunu (imtahanlarda iştirak edənlərin 62.41%-i) tələbə adını qazanıb. Onların 21.56%-i (58 nəfəri) dövlət ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 69.14%-i (186 nəfəri) dövlət, 9.29%-i (25 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub.
Rayon məzunlarının 75 nəfəri 500-dən, o cümlədən 27 nəfəri 600-dən yuxarı bal toplayıb.
Rayonun attestat qiymətləri əla olan abituriyentlərindən 3.00%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 53.00%-dir.
Laçın rayonu
Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 462 məzunu (imtahanlarda iştirak edənlərin 59.00%-i) tələbə adını qazanıb. Onların 16.23%-i (75 nəfəri) dövlət, 0.22%-i (1 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 75.97%-i (351 nəfəri) dövlət, 7.58%-i (35 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub.
Rayon məzunlarının 92 nəfəri 500-dən, o cümlədən 29 nəfəri 600-dən yuxarı bal toplayıb.
Qəbul imtahanlarında 79 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən Qarakeçdi kənd 2 saylı, Fərəcan kənd, Aşağı Fərəcan kənd və Malıbəy kənd tam orta məktəblərinin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb.
Şeylanlı kənd 1 saylı tam orta məktəbinin bir məzunu belə ali təhsil müəssisələrinə qəbul üçün sənəd təqdim etməyib.
Şuşa rayonu
Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 62 məzunu (imtahanlarda iştirak edənlərin 44.93%-i) tələbə adını qazanıb. Onların 14.52%-i (9 nəfəri) dövlət, 3.23%-i (2 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 77.42%-i (48 nəfəri) dövlət, 4.84%-i (3 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub.
Rayon məzunlarının 9 nəfəri 500-dən, o cümlədən 2 nəfəri 600-dən yuxarı bal toplayıb.
Qəbul imtahanlarında 16 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən Şuşa 10, 12 və 20 saylı şəhər tam orta məktəblərinin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb.
Zəngilan rayonu
Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 253 məzunu (imtahanlarda iştirak edənlərin 62.16%-i) tələbə adını qazanıb. Onların 21.74%-i (55 nəfəri) dövlət ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 68.77%-i (174 nəfəri) dövlət, 9.49%-i (24 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub.
Rayon məzunlarının 56 nəfəri 500-dən, o cümlədən 22 nəfəri 600-dən yuxarı bal toplayıb.
Rayonun attestat qiymətləri əla olan abituriyentlərindən 6.45%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 37.63%-dir.
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"