Uşaq sayının çoxluğu müəllimin maaşına təsir edir? – Azyaşlılarla çətin iş
Ölkəmizdə təhsil işçilərinə aid edilən mütəmadi əməkhaqqı artımı çoxlarında çaşqınlığa səbəb olur.
Versus.Az AzEdu.az-a istinadən təhsilin müxtəlif istiqamətləri ilə bağlı verilən sualları cavablamaqda davam edir:
Sual:
Qrupda azyaşlı sayı normadan artıq olduqda tərbiyəçi müəllimə əlavə əməkhaqqı verilməlidir?
Cavab:
Xeyr. Bu barədə məsələlər Nazirlər Kabinetinin Büdcədən maliyyələşdirilən məktəbəqədər təhsil müəssisələrinin nümunəvi ştatı haqqında qərarı ilə tənzimlənir.
Qanunvericiliyə görə, qrupda uşaq sayı normadan artıq olarsa, bunun üçün tərbiyəçilərə əlavə əmək haqqı ödənilmir.
Məktəbəqədər təhsil müəssisələri qruplarında sıxlıq isə aşağıdakı qaydada müəyyən edilib:
-1 yaşa qədər körpə yaşlı qruplarda və körpə yaşlı sanatoriya qruplarında —10 uşaq;
-1 yaşdan 3 yaşa qədər körpə yaşlı qruplarda, qarışıq körpə qruplarda və bağça yaşlı sanatoriya qruplarında—15 uşaq;
-Bağça yaşlı qruplarda (3 və böyük yaşlı uşaqlar qrupunda)—20 uşaq
Qeyd edək ki, bu normativlər dövlət məktəbəqədər təhsil müəssisələri üçün nəzərdə tutulub və özəl sektora aid edilmir.
Versus.Az
Xəbər lenti
Bu və növbəti şənbə tam iş GÜNÜDÜR
Bu dəyişiklik iş və istirahət günlərinin ardıcıllığının qorunması...