AIDA və Argentina universiteti əməkdaşlıq müqaviləsi imzalayıb

14:26 28-09-2019 | icon 832 | Təhsil
AIDA və Argentina universiteti əməkdaşlıq müqaviləsi imzalayıb

Xarici İşlər Nazirliyinin Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi-AIDA və Argentinanın La Plata Dövlət Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

 

Xarici İşlər Nazirliyindən Versus.Az-a verilən məlumata görə, Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov və La Plata Dövlət Universitetinin prezidenti Fernando Tauber tərəfindən imzalanan müqavilədə 2012-ci ildən La Plata Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq kafedrasının fəaliyyətinə, xüsusilə Azərbaycanın cari siyasəti, iqtisadiyyatı, mədəniyyəti və tarixi barəsində tədqiqat layihələrinin aparılması, başlıca maraq dairələri barəsində akademik kursların tədrisi, təbliğat fəaliyyətinin təşkili və tədqiqatların nəşr edilməsinə dəstək verilməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, sözügedən Azərbaycanşünaslıq kafedrası Cənubi Amerikada Azərbaycanın öyrənilməsi məqsədini daşıyan ilk təşəbbüs olaraq təsis edilib. Fəaliyyətdə olduğu 7 il ərzində Kafedra Azərbaycanla bağlı akademik işlərin inkişafı məqsədilə seminarlar təşkil edib, kitablar nəşr edilib, ölkəmizin həqiqətlərinin Argentina ictimaiyyətinə, elmi-akademik və ictimai-siyasi dairələrinə çatdırılması, Azərbaycan və ümumilikdə Xəzər regionu ilə bağlı tədqiqatların aparılmasını təşviq edilib, həmçinin Kafedranın təşəbbüsü ilə “Heydər Əliyev və müasir Azərbaycanın qurulması”, “Ermənistan-Azərbaycan münaqişəsinə dair BMT-nin sənədləri toplusu”, “Mən Azərbaycan haqqında nə bilirəm?” yazı-inşa müsabiqəsinin qaliblərinin yazılarının toplusu olan eyniadlı kitab ispan dilində dərc olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı